[b]“Qəbələ”dən 12 qol[/b]
14.11.2017 - 22:31
[b]“Qəbələ”dən 12 qol[/b]

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar.

 

Gənclər Liqasında mübarizə aparan U-19 VII  turda “Neftçi”nin qonağı olub. Görüş qolsuz bərabərliklə bitib – 0:0. 7 oyundan sonra 19 xal toplayan “qırmızı-qaralar” yarışın vahid lideridir.

 

U-17 Liqasında “Qəbələ” “Kəpəz”in qonağı olub. 2:1 hesablı qələbə qazanan komanda 10 oyundan sonra 26 xalla 1-ci pillədə qərarlaşıb.

 

“Neftçi”ni qəbul edən U-16 qolsuz sülhlə kifayətlənib – 0:0. 8 oyunda 20 xal toplayan “Qəbələ” yarışın vahid lideridir.

 

U-15 səfərdə Sumqayıt İOEUGİM-inə qalib gəlib – 3:1. 8 görüşdə 22 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. 

 

Paytaxt zonasında çıxış edən U-14 “Mançester Yunayted”lə heç-heçə edib – 0:0. 6 oyundan sonra 14 xala malik komanda 4-cü pillədə qərarlaşıb.

 

U-13 isə ardıcıl 7-cı qələbəsinə sevinib. Komanda “Əlincə”dən güclü olub – 2:0. “Qırmızı-qaralar” 21 xalla zirvədə qərarlaşıb.

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları IX turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Yevlaxın “UGİM Rabitəçi”sini 4:0, UGİM isə Ağdaş UGİM-ini 5:1 hesabı ilə yenib. 9 turdan sonra ilk iki pillədə qərarlaşan qəbələlilərin hərəsinin 24 xalı var.

 

U-11 Liqasında da komandalar eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:1, UGİM 11:0 hesabı ilə qələbə qazanıb. 8 oyundan 24 xal toplayan “Qəbələ” 1-ci, 9 qarşılaşmada 18 xal qazanan UGİM 2-cidir.

 

U-10 Liqasındakı üç komanda hərəyə 3 xal qazanıb. “Qəbələ” Yevlax “UGİM Rabitəçi”sini 3:1, Gİİ Ağdaş UGİM-ini, UGİM İsmayıllı UGİM-ini eyni  - 12:0 hesabı ilə məğlubiyyətə uğradıb. 7 görüşdə 28 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 8 matçda 18 xal toplayan Gİİ 2-ci, 15 xallı UGİM 4-cüdür.

 

Qızlardan ibarət komanda da Yüksək liqada ardıcıl 4-cü qələbəsini qazanıb. “İnter”i 10:2 hesabı ilə yenən “qırmızı-qaralar” 12 xalla yarışın lideridir.

0