[b]“Kəpəz” itki ilə hazırlaşır[/b]
15.11.2017 - 00:27
[b]“Kəpəz” itki ilə hazırlaşır[/b]

Azərbaycan Premyer Liqasının XII turunda Gəncədə “Səbail”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyun üçün hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Bakıda məşq edən “sarı-göylər”in hazırlıq prosesi iki mərhələyə bölünüb.

 

Əvvəlcə fiziki çalışmalar üzərində işləyən komanda son 4 gün ərzində taktiki-texniki məşqlərə diqqət ayıracaq.

 

Gəncə klubu qarşıdakı 2 gündə məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Hazırlıq prosesi saat 15:30-da başlayacaq.

 

Qeyd edək ki, soyuqdəymə səbəbindən Kamran Abdullazadə məşqlərdə iştirak edə bilmir. Sol ciyin qurşağında bağ gərilməsi olan Davud Kəriminin vəziyyəti isə normaldır.

0