[b]Millimizin qrupunda yeni lider[/b]
15.11.2017 - 01:10
[b]Millimizin qrupunda yeni lider[/b]

21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın yer aldığı V qrupda da iki qarşılaşma baş tutub.

 

Tur liderin dəyişməsi ilə əlamətdar olub. Belə ki, hesabat turuna qədər turnir cədvəlinə başçılıq edən İrlandiya Norveçə uduzaraq zirvəni əldən verib.

 

Əvəzində isə İsrailə səfərdə darmadağınla qalib gələn Almaniya yeni lider olub.

 

AÇ-2019-un seçmə mərhələsi

V qrup

 

İsrail – Almaniya – 2:5

Qollar: Barjaski, 44, Vaysman, 73 – Dahud, 17, Klosterman, 54, Seydel, 79, Baumqartl, 82, Neuhaus, 90+1

 

Norveç – İrlandiya – 2:1

Qollar: Odeqard, 19, Fossum, 90+1 – Mölreyni, 32

 

1.

Almaniya

5

4

0

1

20:6

12

2.

İrlandiya

5

3

1

1

9:3

10

3.

Norveç

6

2

2

2

7:8

8

4.

İsrail

5

2

1

2

9:10

7

5.

Kosovo

6

2

1

3

6:8

7

6.

Azərbaycan

5

0

1

4

3:19

1

 

0