[b]Millimizdən intizamsızlıq “nümunə”si[/b]
15.11.2017 - 09:54
[b]Millimizdən intizamsızlıq “nümunə”si[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2019-un seçmə mərhələsinin iki ən intizamsız komandasından biridi. Apasport.az saytının məlumatına görə, Kosovo ilə dünənki qarşılaşmada (0:0) iki futbolçusu qırmızı vərəqə alan yığmamız antirekorda şərik olub.

 

Belə ki, 5 matçdan sonra hesabında 3 qırmızı və 15 sarı vərəqə olan millimiz Makedoniyaya çatıb. Azərbaycan balkanlılar kimi 24 cərimə xalı ilə intizamsızlar cədvəlinə başçılıq edir.

 

Bu iki komanda həm qırmızıların, həm də cərimə xallarının sayında hamıdan öndədi. Xəbərdarlıq sayında isə millimiz 4-7-ci yerləri bölüşür. Kosovo, Makedoniya və Kipr də 15 sarı vərəqə alıb. Ermənistan 18, Şimali İrlandiya və Latviya hərəyə 17 dəfə cəzalanıb.

 

Qeyd edək ki, tsiklin ən intizamlı komandası olan Danimarka keçirdiyi 5 oyunda cəmi 1 sarı vərəqə alıb.

0