[b]“Onlar futbolun nüfuzunu ayaq altına atırlar” - Maradona[/b]
15.11.2017 - 16:08
[b]“Onlar futbolun nüfuzunu ayaq altına atırlar” - Maradona[/b]

“Millidə daha çox qələbə kim qazanıb? Gəlin, buna əsasən nəticə çıxaraq”. Apasport.az saytının məlumatına görə, bu sözlər əfsanəvi futbolçu Dieqo Maradonaya məxsusdu.

 

Argentina millisinin sabiq futbolçusu və məşqçisi yığmanın Nigeriya ilə yoxlama matçında 2:4 hesablı məğlubiyyətinə təəssüfləndiyini bildirib. Maradonanın sözlərinə görə, yığmada çalışdığı vaxt görüşlərin 75 faizində qələbə qazandığı üçün ona yenidən etimad göstərilməlidi: “Mən çox üzgünəm. Çünki onlar bizim futbolun nüfuzunu ayaq altına atırlar. Amma futbolçular günahkar deyillər. Mən yenidən milliyə qayıtmaq istəyirəm”.

 

Qeyd edək ki, DÇ-1986-da futbolçu kimi qızıl medallar qazanan Maradona DÇ-2010-da baş məşqçi kimi Argentinanı 1/4 finala daşıyıb. 

0