SİZİN REKLAM BURADA

“Samir Ələkbərov “mujik”di, Aslan Kərimov isə...”

“Neftçi”nin futbol akademiyasında baş seleksiyaçı vəzifəsini icra edən Kamal Quliyevin apasport.az saytına müsahibəsi

 

- 21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dünən Kosovo ilə qolsuz heç-heçə etdi. Oyun haqda fikirləriniz necədi?

- Almaniyaya 0:7 hesablı məğlubiyyəti unutdurmaq üçün dünənki görüşdə qələbə vacib idi. Kosovoya da qalib gələ bilmiriksə, kimə qalib gələcəyik? Digər tərəfdən 21 yaşlı futbolçu Avropada bir qədər vaxtı keçmiş oyunçu sayılır. Belə futbolçulara gənclik illərini bitirmiş kimi baxırlar. Təəssüf ki, biz çempionatdakı limitin hesabına əldə etdiyimiz futbolçuları belə, ortalığa çıxara bilmirik.

 

- Kosovo ilə görüşdə qələbə qazanmağımıza nə mane oldu?

- 0:7 hesablı məğlubiyyət ağır zərbə idi. Bəlkə də, həmin görüşdən sonra komandanın üstünə çox getmişik. Ola bilər, futbolçuların özləri də bununla barışmışdılar. Amma nəyin bahasına olursa-olsun, Kosovoya qalib gəlməliydik. Çünki rəqib buna imkan verirdi. Ancaq uduzmadığımız üçün də şükür edək.

 

- U-21-in heyətində xeyli sayda milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki, bizimkilərdən heç nədə üstün deyillər. Buna münasibətiniz necədi?

- Bineyi-qədimdən mən bunu deyirəm. Bizə milliləşdirilmiş futbolçu lazım deyil. Yaxşıdısa, gedib Türkiyədə oynayıb, öz ölkələrinin yığmasında çıxış etsinlər. Bizə aşağı yaş qruplarındakı öz futbolçularımız kifayətdi. Əsas millidə isə bir-iki nəfəri milliləşdirmək olar. Amma aşağı yaş qruplarında bu, cinayət və Azərbaycan futbolu üçün təhqirdi.

 

- U-21-i son 3 oyuna çıxarmış Samir Ələkbərov müsahibəsində köməkçiləri Aslan Kərimov və Cahangir Həsənzadədən şikayətlənərək, hər ikisinin onun işinə qarışdığını deyib. Əvvəllər köməkçi məşqçi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərmisiz. Bu haqda fikirləriniz maraqlıdı...

- Samir Ələkbərovu yaxşı tanıyıram. Böyük futbolçu olub, “mujik”di, Aslan Kərimov isə savadlı mütəxəssisdi, UEFA-nın koordinatorlarından biridi. Cahangir də savadlıdı. Onların arasında hansısa fikir ayrılığının yarandığına inana bilmirəm. Samir Ələkbərovun bir sözü var idi ki, bu yükün altına kimsə girməli idi və özü girdi. Neçə məşqçiyə müraciət etsələr də, heç biri razılaşmadı. Çünki qarşıdan Almaniya kimi rəqiblə oyunlar gəldiyi üçün heç kim avtoritetini aşağı salmaq istəmirdi. Ancaq bu nəinki onun, Azərbaycan millisinin avtoriteti idi. Adlarını çəkdiyimiz məşqçilərin hərəsi öz işinin peşəkarıdı.

 

- Ələkbərov müsahibəsində onu vitrindəki cansız maniken kimi istifadə etdiklərini də deyib...

- Mən “mətbəx”in içində deyiləm. Komandanın nəticəsinə cavabdehlik daşıyan şəxs baş məşqçidi.

 

- Ümumiyyətlə, baş məşqçi və köməkçiləri arasındakı münasibət necə tənzimlənməlidi? Sizin köməkçiniz işinizə müdaxilə etsəydi, necə davranardınız?

- Mən hətta sürücümüzdən də məsləhət alırdım ki, hansı uşaq özünü necə aparır? Ataların bir misalı var: məsləhətli don geniş olar. Həm Samir Ələkbərov, həm də Aslan Kərimov öz kateqoriyasından çıxış edib. Ancaq ortaq məxrəcə gəlməlisən. Baş məşqçi ilə köməkçinin fikirləri, fəlsəfələri eyni olmalıdı. Hərəsinin fərqli fikir bildirməsi uğursuzluğa səbəb olur.

 

- Samir Ələkbərov U-21-in “sükanı arxası”na 3 oyunluq keçmişdi. Necə düşünürsüz, onun yerini kim tutmalıdı? Ələkbərova U-21-dəki işini davam etdirməsi üçün şans vermək olarmı?

- Samir Azərbaycan futbolunun korifeylərindən biridi. Ələkbərovun o komandada qalmağı, orda elə-belə gəzməyi də millidə çıxış edən futbolçular üçün böyük şərəf olardı. Çünki Ələkbərovdan bəri Azərbaycan futbolunda onun kimi hücumçu görməmişəm, bəlkə də, bundan sonra da görməyəcəm.

 

- Bəs U-21-i çalışdırmaq təklifi sizə gəlsə, razılaşarsızmı?

- Orda Samir Ələkbərov varsa, Kamal Quliyev baş məşqçi ola bilməz. Bu, mümkün deyil. Belədə isə təkcə Kamal Quliyevə deyil, bütün yerli məşqçilərə şans vermək lazımdı. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10