[b]36 yaşlı hücumçu ilə yeni müqavilə [/b]
15.11.2017 - 18:50
[b]36 yaşlı hücumçu ilə yeni müqavilə [/b]

“Atletik” rəhbərliyi komandanın hücumçusu Aris Adurislə əməkdaşlığı davam etdirməyə qərar verib. Apasport.az saytı xəbər verir ki, İspaniya klubu 36 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb.

 

Razılaşmaya əsasən, Aduris 2019-cu ilin yayına qədər Bilbao təmsilçisində çıxış edəcək. Bununla yanaşı, sözləşmədə təcrübəli futbolçunun transfer qiymətinin 40 milyon avro olduğu açıqlanıb.

 

Qeyd edək ki, karyerasının böyük hissəsi “Atletik”lə bağlı olan Aris Aduris cari mövsümdə ümumilikdə 18 oyunda 9 qola imza atıb. 

0