[b]DÇ-2018-in son iştirakçısı bəlli oldu[/b]
16.11.2017 - 09:00
[b]DÇ-2018-in son iştirakçısı bəlli oldu[/b]

DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan sonuncu komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəsiqənin sahibi qitələrarası pley-off mərhələsində bəlli olub.

 

Cənubi Amerika zonasında çıxış edən Peru və Okeaniya təmsilçisi Yeni Zelandiya mundiala 32-ci vəsiqə uğrunda mübarizə aparıb. Sonuncuların meydanındakı ilk görüşdə qalib müəyyənləşməsə də, Peru yığması evdə cütün taleyini xeyrinə həll edib.

 

Cənubi amerikalılar 2:0 hesablı qələbə ilə DÇ-2018-ə vəsiqə qazanıb. Hər hissədə bir qol vuran perulular 1982-ci ildəki uğurunu 36 il sonra təkrarlayıb.

 

DÇ-2018

Qitələrarası pley-off, cavab oyunu

Peru – Yeni Zelandiya – 2:0

Cefferson Farfan, 28, Kristian Gilyerme Ramos, 65

İlk oyun – 0:0

 

0