[b]“Araz”dan 16 cavabsız qol[/b]
16.11.2017 - 09:46
[b]“Araz”dan 16 cavabsız qol[/b]

Bakı İdman Sarayında futzal üzrə ölkə çempionatının Yüksək Liqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tura “Marafon Futsal” – “Neftçi” İK dueli ilə start verilib.

 

Maraqlıdı ki, hər iki komanda son oyununu “Araz”a qarşı keçirib. “Marafon Futsal” mövsümdə ilk yenilgisi ilə barışdığı halda, “Neftçi” son saniyələrdə 1 xalı qoparmağı bacarmışdı. Həmin oyunun yaratdığı özünəinam və turnir cədvəlindəki vəziyyət nominal qonaqları xal itirməməyə məcbur edirdi. CBC Sport televiziya kanalının canlı yaımladığı oyunda ilk təhlükəli vəziyyəti debütant yaratmağa nail oldu. Amma “Neftçi”cərimə zərbəsindən sonra topu uzaqlaşdırmağı bacardı. Bundan sonra nominal qonaqlar Tural Qurbanovla qol vurmağa yaxın olsa da, qapıçı onun sevinməsinə imkan vermədi.

 

Bununla belə, “Neftçi” erkən qol vurdu. Yenə kapitan rəqib torunu silkələməklə adını tabloya yazdırdı. Sonrakı dəqiqələrdə “Marafon Futsal” hesabı bərabərləşdirməyə çalışsa da, təcrübəli “Neftçi”nin səhvsiz oynaması rəqibə cəhdlərini faydalı iş əmsalına çevirməsinə imkan vermədi. Əksinə, çempionatın daimi iştirakçısı hesabdakı üstünlüynü qorumaqla yanaşı, əks-hücumlarda da təhlükə yaratmağı bildi. Bir epizodda Katebi qolçular siyahısına düşməyə yaxın oldu, amma Mehdipour əla reaksiya nümayiş etdirməklə fərqin artmasına yol vermədi. Əvəzində yenə kapitan səhnəyə çıxdı. Bu dəfə çempionatın bombardiri olan Renat Sultanov hissənin son dəqiqəsində Hamed Khodaeinin ötürməsini qola çevirməklə həm çempionatda 9-cu qolunu vurdu, həm də fasiləyə “sülh”lə yollanmalarını təmin etdi.

 

İkinci hissədə ilk həmləni Elnur dəf etdi. Katebi isə komanda yoldaşının bu yaxşılığına dəqiq zərbə endirə bilməməklə cavab verdi. Ümumiyyətlə, fasilədən sonra komandalar bir-biri üçün meydanı “daraltmaqla” manevr etmək imkanı vermirdi. Buna görə də qapılar qarşısında təhlükəli vəziyyət yaratmaq müşkülə çevrilmişdi. Üçüncü 10 dəqiqənin tamamını oyunun qırılma anı saymaq olardı. Məhz Bağırzadənin qırmızı vərəqə almasından sonra rəqib 2 dəqiqəni azlıqda keçirdi. Amma “Neftçi” meydandakı say üstünlüyünü hesabda əks etdirə bilmədi. Yalnız sona 4 dəqiqə qalmış tablodakı birlərdən biri dəyişdi. Tural Qurbanov qapıçıdan qayıdan topu tora qovuşdurmaqla oyunu canlandırdı. Bu canlanma “Neftçi”nin işinə yaradı. Sona 40 saniyə qalmış komanda 3-cü qolunu vurdu və qələbəni təmin etdi. “Marafon Futsal” isə mövsümdə ardıcıl ikinci məğlubiyyəti ilə barışmalı oldu.

 

“Araz” cəzalı İsa Atayev və zədəli Xətai Bağırovun adını protokola daxil etməmişdi. “Xəmsə”də isə Zəliş Səmədzadə qırmızı vərəqə cəzalısı olduğuna görə komandasına kömək edə bilmirdi. Gözlənildiyi kimi oyuna aqressiv başlayan “Araz” erkən qol vurdu. Bastos qol “yağışı”na start verdi. Bundan sonra əsasən yerli oyunçuları meydana buraxan Alesio qol vurulmadığını görüb, yenidən həmyerlilərinə şans verdi. Thaqo və Eduardonun qolları fərqi 3 topa çatdırdı. Daha sonra Thaqo dublnu rəsmiləşdirdi. Maykonun qol vuranlar siyahısına düşməsində qapıçının səhvi həlledici rol oynadı. Belə ki, Şamo üstünə gələn topu qollarının arasından buraxmaqla böyükhesablı qələbəyə imkan yaratdı. Karvalhonun daban ötürməsini isə Çovdarov baxımlı qolla tamamladı. Yeri gəlmişkən, fasiləyə qədər “Xəmsə” iki 10 metrlik zərbədən istifadə edə bilmədi.

İkinci hissədə “Araz”ın hücumları daha məhsuldar alındı. Bu matça qədər keçirdiyi 5 oyunda 18 qol vuran son çempiona bu göstəricini bir oyunda reallaşdırmasına 2 top çatmadı.

 

Günün son oyununa EKOL fəal başladı. İlk hücumdaca hesabı açan EKOL-un heyətində kapitan fərqləndi. Ardınca Fərid komandasının üstünlüyünü 2 topa çatdırdı. Düzdü, “Yasamal” da buraxılan qolların əvəzini çıxmağa çalışırdı. Amma kortəbii hücumlar, eləcə də qeyri-dəqiq zərbələr keyfiyyəti azaldırdı. Mortozanın təkbətək epizodda qapıçını məğlub edə bilməməsi isə “Yasamal”ın hələ çox çalışmalı olduğuna işarə idi. Elə Omid Orazi də fərqi minimuma endirmək fürsətini topu Kürdovun üzərinə vurmaqla əldən verdi. “Yasamal” fasilədən sonra dərhal fərqi minimuma endirdi. Oyunun fəallarından olan Mortoza Cahandost “çərçivə”ni dəqiq nişan aldı. Bir dəqiqə sonra Omid Oraz topu Eminin başı üzərindən aşırsa da, dirək hesabın bərabərlişməsinə mane oldu. EKOL da rəqibindən geri qalmadı. Bu dəfə Radik Əhmədovun 6 metrlik zərbəsini qapıçı dəf etdi. Ancaq inadından dönməyən Əhmədov bir neçə saniyədən sonra təyin edilən standart vəziyyətdən hədəfi dəqiq nişan aldı. Düzdü, Mohsin komandasına ümid verən ikinci qolu vurdu, amma EKOL üstünlüyünü əldən vermədi. Təyin edilən 6 metrlik cərimə zərbəsini Əsgər dəqiq yerinə yetirməklə 2 topluq fərqi bərpa etdi. Beləliklə I dövrənin son oyununda favorit qələbə qazandı.

 

“Marafon Futsal” – “Neftçi” İK - 1:3 (1:1)

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: R. Sultanov, 18:54 // R. Balakişiyev, 2:50, 39:28, T. Qurbanov, 35:54

Sarı vərəqələr: S. Məmmədov, 16:05 // M. Eybeli, 1:12, T. Qurbanov, 5:55, O. Baxşəli, 16:45, Ə. Əjdərov, 37

Qırmızı vərəqələr: R. Bağırzadə, 30:30 // S. Cavid, 39:28

“Marafon Futsal”

12. Kəsra Mehdipour (q), 10. Seymur Məmmədov, 13. Məcid Moravati, 20. Rasif Səfiyarov, 77. Səid Goodarzi, 2. Kamran Hacıyev (q), 4. İbrahim İbrahimov, 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 9. Omid Talebi, 11. Hamed Khodaei, 99. Rüstəm Bağırzadə

Baş məşqçi: Elşad Quliyev

“Neftçi” İK

23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 1.Samir Mehdiyev (q), 8. Vahib Xocayev, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov, 12. Sadiq Cavid, 77. Davud Xolerdi, 7. Tural İsmayılov

Baş məşqçi: İlqar Aslanov

 

“Araz” – “Xəmsə” - 16:0 (7:0)

Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Kənan Məlikov

Hakim-inspektor: Ələkbər Məmmədov

Qollar: Q. Bastos, 1:35, T. Thaqo, 10, 12:47, 29:52, E. Borges, 11:10, 31, 31:42, 38: 36, 39:28, M. Da Silva, 14:15, R. Çovdarov, 17:49, 23:43, K. dos Santos, 20, 24:16, 37:29, O. Rüstəmli, 26:47

“Araz”

1. Rövşən Hüseynli (q), 4. Qabriel Bastos, 6. Eduardo Borges, 10. Teles Thaqo, 15. Maykon da Silva, 19. Anar Məmmədov (q), 2. Ramil Quliyev, 7. Ramiz Çovdarov,

8. Rizvan Fərzəliyev (k), 9. Karvalho dos Santos, 14. Oktay Rüstəmli

Məşqçi: Ağakərim Həsənov

“Xəmsə”

1. Şamo Talıbov,7. Elçin Zeynalov, 9. Samir Əmirov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 8. Qüdrət İsmayılov, 12. Ceyhun Yusifov, 16. Anar İsayev, 2. Novruz İbrahimov

Baş məşqçi: Arif Vəliyev

 

“Yasamal” FK – EKOL - 2:4 (0:2)

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov

Hakim-inspektor: Aydın Gözəlov

Qollar: M. Cahandost, 21:17, M. Hayatbini, 28:35 // N. Məmmədkərimov, 0:30, F. Atakişiyev, 4:02, R. Əhmədov, 24:57, Ə. Abasov, 29:57 (6 m)

Sarı vərəqələr: O. Oraz, 19:44, M. Şahsavarı, 30

“Yasamal”

13. Teymur Mirzəyev (q), 7. Orxan Allahverdiyev (k), 9. Omid Oraz, 23. Mortoza Cahandost, 12. Rəsul Akbari, 1. Sultan Sadıqov (q), 11. Humen Maxmari, 3. Mohsin Hayatbini, 19. Məsut Tamnzala, 16. Rəhman Mirzəyev, 77. Muhamməd Şahsavari

Baş məşqçi: Hamed Rza Fərzani

EKOL

99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 17. Fərid Ələkbərov, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 7. Sərxan Məstiyev,14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli

Baş məşqçi: Radik Əhmədov

 

1

Araz

6

5

1

0

34-6

16

2

Marafon Futzal

6

4

0

2

22-14

12

3

EKOL

6

4

0

2

16-14

12

4

Neftçi İK

6

3

1

2

21-18

10

5

FK İD Futzal

6

2

1

3

20-17

7

6

Yasamal

6

1

0

5

13-31

3

7

Xəmsə

6

0

1

5

16-42

1

0