Azərbaycan şahmatçısı Vüqar Həşimov 162 min avro mükafat fondu olan Qran-Pri turnirində birinci yeri tutub
05.05.2008 - 18:39
Azərbaycan şahmatçısı Vüqar Həşimov 162 min avro mükafat fondu olan Qran-Pri turnirində birinci yeri tutub
Sonuncu, XIII turda qara fiqurlarla ingiltərəli Maykl Adamsla heç-heçə edən qrossmeysterimiz xallarının sayını 8-ə çatdırıb. V.Həşimovla yanaşı, fransalı Etyen Bakronu məğlub edən Maqnus Karlsen (Norveç) və həmyerlimiz Şəhriyar Məmmədyarovla xalları bölən Van Yue (Çin) də eyni miqdarda xal toplayıb. Turniri 7,5 xalla başa vuran Ş.Məmmədyarov son partiyada milli komandamızın lideri Teymur Rəcəbovla heç-heçə oynayan Aleksandr Qrişukla 4-5-ci yerlərdə qərarlaşıb. Yarışda 6 xal toplayan T.Rəcəbov isə 8-10-cu sıraları bölüşüb.
Qeyd edək ki, Qran-Prinin 162 min avroluq mükafat fondu iştirakçılara tutduqları yerə uyğun olaraq veriləcək.
0