SİZİN REKLAM BURADA

Yığmadan kənarlaşdırılan Həsənov: Qurban müəllim gəlməsəydi...

19 yaşadək futbolçulardan ibarət millimizin sabiq baş məşqçisi Təbriz Həsənovun apasport.az saytına müsahibəsi

 

- AFFA-nın baş katibi Elxan Məmmədovla dünənki görüşdən sonra müqavilənizə xitam verilməsi barədə qərar qəbul olunub. Bunu gözləyirdizmi?

- Gözləyirdim. Çünki Avropa çempionatının seçmə mərhələ oyunlarına getməmişdən öncə rəhbərliklə danışıq olmuşdu ki, mərhələni keçməliyik. Özüm də komandanın mərhələ keçməyimə inanırdım, bunu gözləyirdim. Danışmışdıq ki, mərhələni keçməsək, müqaviləmə xitam veriləcək. Yəni ki, belə olacağını əvvəlcədən bilirdim. Yaxşı nəticəyə imza atmağa çalışdıq. Əfsuslar olsun ki, mərhələni keçə bilmədik. Bu mənada, müqaviləmə xitam verilməsi normaldı. Çünki bu komandanı uzun müddət idi çalışdırırdım. Buna görə də, mərhələni keçməli idik.

 

- Qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməyinizə nə mane oldu?

- Deməzdim ki, uşaqlar çox pis oynadılar. Amma çətin idi. Serbiyaya qarşı oyun keçid nöqtəsi oldu. Həmin görüşdə ən azı heç-heçə etməliydik. Ancaq 1:4 hesabı ilə uduzduq. Bundan sonra 3-cü oyunun əhəmiyyəti qalmamışdı. Qrupdakı rəqiblərimiz güclü komandalar idi. Alınmadı.

 

- Qurban Qurbanov əsas milliyə baş məşqçi təyin edilən kimi, aşağı yaş qrupları üzrə yığmalarda da dəyişikliklərin olacağı haqda xəbərlər yayılmışdı. Sizin istefaya göndərilməyinizin bununla əlaqəsi varmı?

- Mən Qurban Qurbanovla görüşməmişəm. AFFA rəhbərliyi ilə müqaviləm olub. Uzun müddət idi millidə çalışırdım. Məncə, müqaviləmə xitam verilməsinin Qurban Qurbanovla heç bir əlaqəsi yoxdu.

 

- Demək istəyirsiz ki, Qurban Qurbanovun islahatlarının qurbanı olmadınız?

- Vallah, Qurban müəllimin belə bir islahatının olub-olmadığını bilmirəm. Fakt odu ki, mən bundan öncə AFFA rəhbərliyi ilə danışmışdım. Qurban müəllim milliyə gəlməsəydi, Robert Prosineçki qalsaydı belə, bu nəticədən sonra gedəcəkdim.

 

- Qurbanovun təyinatını necə qarşıladınız?

- Yaxşı. Həm futbol ictimaiyyəti, həm də azarkeşlər bir yenilik gözləyir. Bu dəqiqə əsas milliyə, eləcə də aşağı yaş qruplarına yeni nəfəs lazımdı. Mənim yerimə kim gətiriləcəksə, uğurlar arzulayıram.

 

- Yəqin ki, bundan sonra klublardan birində çalışmaq istərdiniz...

- Hələ heç nə bilmirəm. Gözləyirik. Təklif olsa, nəzərdən keçirəcəm. İşləmək lazımdı.

 

- Aşağı yaş qrupları üzrə yığmalarımız son vaxtlar çox uğursuz çıxış edirlər. Bunun səbəbini nədə görürsüz?

- İstər məşqçi, istərsə də futbolçu olsun, heç vaxt heç kimi pisləməmişəm. Təbii ki, futbolçular millilərə klublardan gəlirlər. Deməli, ümumilikdə hamısının günahı var. Əlindəki material, yəni 11 futbolçunun hamısı güclü olmalıdı ki, çıxıb qalib gələsən. Futbol kollektiv oyunudu. Hər yaş qrupunda 2-3 potensiallı oyunçu var. Gələcəkdə yaxşı futbolçu ola bilərlər. Öz üzərlərində çalışsalar, onlara heç nə mane olmayacaq. Biz oyunları komanda şəklində uduzuruq. Məşqçinin əlində 11 əsas futbolçu ilə yanaşı, ehtiyatda da o səviyyədə 7-8 oyunçu olmalıdı. Əfsuslar olsun ki, istədiyimiz keyfiyyətə malik futbolçular yoxdu.

 

- U-21-i son 3 oyuna çıxaran Samir Ələkbərov müsahibəsində köməkçiləri Aslan Kərimov və Cahangir Həsənzadənin onun işinə qarışdığını bildirib. Siz də belə bir halla üzləşmisizmi və ya üzləşsəydiniz, necə davranardınız?

- Məndə belə bir şey olmayıb. O barədə heç nə deyə bilmərəm. Dediyiniz halın yaşanmamağı üçün baş məşqçi özü məsələni bu yerə gətirib çıxartmalı deyil. Mən belə başa düşürəm. Elə bir halın yaşanıb-yaşanmadığını dəqiq bilmirəm. Amma yaşanıbsa, düzgün deyil. Çünki komandanın idarəetməsi baş məşqçidə olmalıdı.  

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10