[b]“Qəbələ” Türkiyədə neçə oyun keçirəcək?[/b]
16.11.2017 - 13:30
[b]“Qəbələ” Türkiyədə neçə oyun keçirəcək?[/b]

Qış toplanışı üçün Türkiyəyə yollanacaq “Qəbələ” proqramını yavaş-yavaş müəyyənləşdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın qardaş ölkədə neçə yoxlama oyunu keçirəcəyi bəlli olub.

 

Bölgə təmsilçisi Antalyada 8 yoxlama matçında qüvvəsini sınayacaq. Rəqiblərin kimliyinə hələ aydınlıq gəlməyib. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

 

Antalyaya yanvarın 5-də yollanacaq “Qəbələ” fevralın 4-dək orda qalacaq. Toplanışın ilk mərhələsi geridə qaldıqdan sonra futbolçulara 3 günlük istirahət veriləcək. Bundan sonra isə toplanışın ikinci mərhələsi start götürəcək.

 

Qeyd edək ki, “Qəbələ” ölkə çempionatında 11 turdan sonra 22 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 

0