[b]Cavid, Əfran və 5 debütant [/b]
16.11.2017 - 14:04
[b]Cavid, Əfran və 5 debütant [/b]

FİFA-nın 2017-ci il üçün milli komandaların oyunları ilə bağlı sonuncu “pəncərə”si başa çatıb. Apasport.az saytının məlumatına görə, bu dövrü heç bir qarşılaşma keçirmədən bitirən Azərbaycan yığması üçün ilə yekun vurulub.

 

Müqaviləsi gələn ay başa çatacaq və uzadılmayacaq Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız ili vur-tut 7 matçla “yola verib”. 6 seçmə və 1 yoxlama matçında meydana çıxan komandamız bu müddətdə 29 futbolçunun xidmətindən yararlanıb.

 

Cavid Hüseynov, Qara Qarayev və Rahid Əmirquliyev bütün matçlarda iştirak edib. Bir vaxtlar AFFA-nın ən çox oynayan futbolçunu mükafatlandırdığını xatırlasaq, sona çatan ənənə Cavidin qələbəsi ilə nəticələnərdi. Çünki “Qəbələ”nin yarımmüdafiəçisi 2017-ci ildə ən çox – 569 dəqiqə güvənilən futbolçudu.

 

8 futbolçu isə ili cəmi 1 oyunla başa vurub.

 

Əfran İsmayılov 2017-ci ilin bombardiri olub. O, 3 qola sevinib. Araz Abdullayevin hesabında 2 qol var. Üç oyunçu 1 dəfə fərqlənibsə, bir qolu San-Marino yığmasının üzvü Miçele Çevole öz qapısından keçirib.

 

2017-ci il 5 oyunçu üçün debütlə əlamətdar olub. Riçard Almeyda, Mahir Mədətov, Təmkin Xəlilzadə, Tellur Mütəllimov və Renat Dadaşovun yığmadakı debütü bu il gerçəkləşib.

 

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Cavid Hüseynov

7

569

0

1

0

Qara Qarayev

7

485

0

1

0

Rahid Əmirquliyev

7

462

0

0

0

Bədavi Hüseynov

6

539

0

0

1

Rəşad Sadıqov

6

495

1

0

0

Əfran İsmayılov

6

418

3

0

0

Ramil Şeydayev

6

389

1

0

0

Kamran Ağayev

5

450

-14

0

0

Məhəmməd Mirzəbəyov

5

450

0

0

0

Riçard Almeyda

5

450

0

1

0

Dmitri Nazarov

5

321

1

1

0

Pavel Paşayev

4

360

0

0

0

Namiq Ələsgərov

4

151

0

0

0

Ruslan Qurbanov

4

129

0

0

0

Araz Abdullayev

3

118

2

0

0

Mahir Mədətov

3

94

0

0

0

Maksim Medvedev

2

180

0

2

0

Səlahət Ağayev

2

180

-2

0

0

Təmkin Xəlilzadə

2

180

0

0

0

Tərlan Quliyev

2

135

1

0

0

Ağabala Ramazanov

2

97

0

0

0

Ruslan Abışov

1

90

0

0

0

Tellur Mütəllimov

1

69

0

0

0

Rauf Əliyev

1

45

0

0

0

Dəniz Yılmaz

1

23

0

0

0

Ürfan Abbasov

1

21

0

0

0

Renat Dadaşov

1

18

0

0

0

Elvin Məmmədov

1

8

0

0

0

Eddi İsrafilov

1

3

0

0

0

 

0