[b]“Ondan italiyalı Del Boske düzəldərdim” – keçmiş hücumçu[/b]
16.11.2017 - 15:25
[b]“Ondan italiyalı Del Boske düzəldərdim” – keçmiş hücumçu[/b]

İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, keçmiş forvard “Skuadra Adzurra”nı çalışdırmağa layiq olan məşqçinin adını çəkib.

 

Vialli uğursuz nəticədən sonra istefaya göndərilən Campyero Venturanı “Bavariya”dan ayrıldıqdan sonra işsiz qalan Karlo Ançelottinin əvəzləməli olduğunu bildirib: “Ançelotti ideal seçimdi. Ona hamı hörmət edir. Ançelottinin beynəlxalq təcrübəsi çoxdu, çünki hər yerdə uğur qazanıb. Mən ondan italiyalı Del Boske düzəldərdim. Paolo Maldinini isə millinin meneceri vəzifəsinə gətirərdim. Almaniya yığmasında bu vəzifəni Oliver Birhoff icra edir. Fikrimcə, Maldini də həmin işin öhdəsindən layiqincə gələrdi”.

 

Qeyd edək ki, İtaliya yığması yayda Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib. Məhz bu səbəbdən Ventura postundan qovulub.  

0