[b]Uğursuz axtarışlar və ya “yoldaşlığ”ı olmayan yığma[/b]
16.11.2017 - 16:25
[b]Uğursuz axtarışlar və ya “yoldaşlığ”ı olmayan yığma[/b]

2017-ci il Azərbaycan millisi üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, ilin son oyun pəncərəsini boşa verən komandamız bununla da antirekord yaşayıb.

 

Belə ki, Robert Prosineçkinin yetirmələri il ərzində vur-tut 1 yoxlama oyunu keçirib. 2017-ci ildə ümumilikdə 7 görüşə çıxan komandamız DÇ-2018-in 6 seçmə oyununda qüvvəsini sınayıb.

 

Yoxlama matçı isə yalnız 1 dəfə olub. Martın 9-da Dohada Qətər yığmasını 2:1 hesabı ilə yenən millimiz o vaxtdan yoxlama matçına həsrətdi.

 

Sınaqçı rəqib məsələsi yığmamız üçün daim problem olub. AFFA-nın yarandığı, millinin formalaşdığı gündən daim axtarışlar ağır keçib. Rəqib tapmaq çətinliyi yaşayan assosiasiyanın oyun pəncərəsini boşa verməsi də ilk belə hal deyil.

 

Amma komandamızın ilboyu cəmi 1 sınaq matçına çıxması yalnız 1992-ci ildə qeydə alınıb. Bu da komanda tarixinin ilk görüşü olub. Yeni yaranan yığma sentyabrın 17-də Gürcüstanda meydan sahiblərinə 3:6 hesabı ilə uduzub.

 

Yaranma ilində, AFFA da, milli də ilin gedişində yarandığından 12 aydan az müddətdə bir rəqib tapılmışdı. 2017-ci il isə daha acınacaqlı olub və 1-dən artıq rəqibimiz olmayıb.

 

Ümumiyyətlə isə tarixində 234 oyun keçirən millimiz 118 seçmə matçında və 116 yoxlama görüşündə meydana çıxıb.

 

İki dəfə yoxlama oyunu sayında rekord qeydə alınıb – 8 matç. Bu, 2002 və 2008-ci illərdə qeydə alınıb.

 

Millimiz hansı ildə neçə yoxlama oyunu keçirib?

1992 – 1
1993 – 4

1994 – 2

1995 – 3

1996 – 3

1997 – 5

1998 – 7

1999 – 2

2000 – 6

2001 – 3

2002 – 8

2003 – 3

2004 – 7

2005 – 5

2006 – 4

2007 – 6

2008 – 8

2009 – 6

2010 – 7

2011 – 3

2012 – 6

2013 – 6

2014 – 4

2015 – 2

2016 – 4

2017 – 1

0