SİZİN REKLAM BURADA

Yaşar Seyidov: U-21-də oynayan futbolçuların 25-26 yaşları var

“Valeh Seyidov Azərbaycanda aşağı yaş qrupları üzrə liqaların bombardiri olub. Onunla bağlı kimdənsə nəsə xahiş etməyə ehtiyac yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov deyib.

 

U-21-i son 3 oyuna çıxarmış Samir Ələkbərov mətbuata müsahibəsində İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovun ona Portuqaliyanın 3-cü liqasında çıxış edən “Louletano”nun hücumçusu Valeh Seyidovu milliyə çağırmaqla bağlı təkid etdiklərini bildirib.

 

Bununla bağlı danışan Valeh Seyidovun atası Yaşar Seyidov maraqlı fikirlər səsləndirib. O, adıçəkilən şəxslərdən oğlu ilə bağlı hər hansı xahiş etmədiyini deyib: “Belə bir xahiş ola bilməz ki, Valeh yığmaya mütləq götürülməlidi. Sadəcə, məsləhət ola bilər ki, legioner həyatı yaşayır, xaricdə oynayır, onu dəvət etmək olar. Mən də futbol adamıyam. Hansı futbolçuların milliyə dəvət olunmasına, hansıların oynamasına məşqçi qərar verir. Amma tövsiyə ola bilər ki, belə bir futbolçu var. Şəxsən özüm Almaniya ilə oyundan sonra Samir müəllimlə bir məclisdə görüşüb, söhbətləşdik. Özü də dedi ki, Valehi Antalya toplanışına dəvət edəcəm, baxmaq lazımdı. Mən də fikrinə hörmətlə yanaşdım və dedim ki, heç bir problem yoxdu”.

 

Seyidov ittiham irəli sürərək, U-21-in formasını geyinən futbolçuların əksəriyyətinin “lipa” olduğunu vurğulayıb: “Bir şeyi də bilmək lazımdı ki, Valeh Seyidov 1996-cı il təvəllüdlüdü. Olimpiya yığmasında oynayan futbolçuların isə 25-26 yaşları var. Hazırda oynayanları nəzərdə tuturam. Konkret ad çəkmək istəmirəm. Söhbətin kimlərdən getdiyini millidə işləyən məşqçilər çox gözəl bilirlər. Getsinlər, həmin futbolçuların sənədlərini yoxlasınlar. Bir çoxunun sənədi 4-5 yaş saxtalaşdırılıb. Bu gün problem budu. Həmin futbolçuların əsas milliyə yüksələ bilməməkləri bununla bağlıdı. Dediyim kimi, heç vaxt oğluma görə məşqçidən nəsə xahiş etmərəm. Sadəcə, ona tövsiyə oluna bilər ki, bu futbolçunu diqqətdə saxlamaq lazımdı. Məşqçi nəyə görə kiminsə tapşırığı ilə futbolçu götürməlidi? Samir müəllimin o fikrinə haqq qazandırıram ki, heç kim baş məşqçinin işinə qarışa bilməz”. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10