SİZİN REKLAM BURADA

“Məsləhət verəndə deyərdi ki, get, işinlə məşğul ol” – Oqtay Abdullayev

“Samir Ələkbərovun müsahibəsini oxumamışam. Hamı bu yazıya görə mənə zəng vurur”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Oqtay Abdullayev deyib.

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Samir Ələkbərov müsahibəsində İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovun ona Portuqaliyanın III liqasında çıxış edən “Louletano”nun hücumçusu Valeh Seyidovu milliyə çağırmaqla bağlı təkid etdiklərini bildirib.

 

Lakin Abdullayev, ona sadəcə, bu barədə məsləhət verdiklərini deyib: “Samir belə sözlər deyibsə, düz etməyib. Veteran futbolçu kimi, sadəcə, məsləhət görmüşəm. Ondan əvvəl orda çalışan Yaşar Vahabzadəyə də deyirdim ki, belə oyunçular var, baxın. Belə başa düşürəm ki, Almaniyaya mən uduzmuşam. Mənim dediyim oyunçunu çağırmayıb, komanda buna görə məğlub olub? Bu səbəbdən də bu gündən heç kimə məsləhət verməyəcəm. Valeh Seyidovun heç oyununu da görməmişəm. Sadəcə, bu komanda Yaşar Vahabzadənin vaxtında uduzanda, jurnalistlər tənqid edirdilər ki, məğlub olursansa, elə yerli oyunçulara şans ver. Mən də dedim ki, Yaşar Seyidovun oğlu Valeh Seyidov azərbaycanlıdı, Portuqaliyada oynayır, saytlarda yazılır ki, qollar vurur. Sadəcə, məsləhət gördüm ki, çağırıb yoxlaya bilərsən. Oynaya bilməyəcək, göndərəcəksən də. Renat Dadaşov gəlib oynadı ki? Öz oyunçularımız bəlkə daha yaxşı çıxış edəcəkdilər. Burda bir qəbahət görmürəm. İsgəndər Cavadov, Novruz Əzimov və mən veteran futbolçularıq, sənə dəmirçi, “slesar” məsləhət görmürük ki. Çıxıb jurnalistlərə niyə şikayət edirsən? Məsləhət verəndə deyərdin ki, Oqtay, get, işinlə məşğul ol. Onda niyə demirdin? Məğlubiyyətə səbəb axtarırsansa, bu, düzgün yol deyil. Guya başqa oyunçularla Almaniyaya qalib gələcəkdik? Real yanaşmaq lazımdı. Bu məsələni şişirməyə ehtiyac yoxdu. Samir müəllimə zəng vururam, deyəm ki, belə deyil. Ancaq telefonunu bağlayıb”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10