[b]DÇ-2018: Rekord[/b]
16.11.2017 - 21:47
[b]DÇ-2018: Rekord[/b]

DÇ-2018-in seçmə mərhələsi rekordla əlamətdar olub. Apasport.az saytının FİFA-ya istinadən məlumatına görə, yenicə başa çatan mərhələ oyun sayı baxımından özündən əvvəl keçirilən bütün analoji yarışları qabaqlayıb.

 

Belə ki, 2015-ci ilin mart ayının 12-də başlayan və 2017-ci il noyabrın 15-də yekunlaşan təsnifat mərhələsində bütün komandaların iştirakı ilə ümumilikdə 871 oyun keçirilib. Bu oyunlarda 2457 qol vurulub.

 

Mərhələnin ən böyükhesablı qələbəsəini Qətər millisi qazanıb. Asiya zonasından yarışan ərəblər Butana faciəvi aqibət yaşadıblar – 15:0.

 

Seçmə mərhləsi boyunca ən çox görüş keçirən komanda Avstraliya olub. Asiya zonasında yarışan ölkə 22 oyunla DÇ-2002-də bu qədər matça çıxmış Honduras və Trinidad və Tobakonun rekordunu yeniləyib.

0