SİZİN REKLAM BURADA

“Qarabağ” azlıqda qalsa da, qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək tur ilklə yadda qalıb.

 

Belə ki, Bakı Olimpiya Stadionu ilk dəfə çempionat matçına qucaq açıb. Azərbaycanın ən böyük idman qurğusu turun mərkəzi oyunu olan “Qarabağ” – “Sumqayıt” görüşünə məkan olub.

 

Turnir cədvəlinin ilk yarısında qərarlaşan komandaların duelində meydan sahibləri qalib gəliblər. Ardıcıl üçüncü qarşılaşmadan da qalib ayrılan Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında üz-üzə gələcəyi "Çelsi" ilə oyundan öncə əhval-ruhiyyələrini qaydaya salıblar.

 

Maraqlıdır ki, ağdamlılar görüşün böyük bir bölümünü azlıqda keçirsələr də, bu, onların qalibiyyətinə mane olmayıb. 30-cu dəqiqədə qırmızı vərəqə qalan qapıçı İbrahim Şehiç komandasını azlıqda qoyub. 

 

Sumqayıtlılar isə 23 aydı xal ala bilmədiyi Ağdam təmsilçisi qarşısından bu dəfə boynubükük ayrılıblar.

 


Premyer Liqa

XII tur

17 noyabr (cümə)

 

“Qarabağ” – “Sumqayıt” - 2:0

Qollar: Almeyda, 40, Ndlovu, 65

Qırmızı vərəqə: İbrahim Şehiç, 30

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı Olimpiya Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 77. Donald Gerrye, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov 
Baş məşqçi: Samir Abasov

  

1

Qarabağ

11

9

1

1

19-4

28

2

Zirə

11

7

3

1

19-8

24

3

Qəbələ

11

7

1

3

16-11

22

4

Sumqayıt

12

5

1

6

14-17

16

5

Neftçi

11

4

1

6

12-11

13

6

Səbail

10

3

0

7

6-16

9

7

Keşlə

11

2

2

7

8-17

8

8

Kəpəz

11

2

1

8

7-17

7

 

Bombardirlər: Mahir Mədətov ("Qarabağ"), Baqali Dabo ("Qəbələ”), Amil Yunanov ("Sumqayıt"), Riçard Qadze ("Zirə") - 5 qol

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10