[b]“Sən milli komandanın düşmənisən, sus!”[/b]
17.11.2017 - 00:42
[b]“Sən milli komandanın düşmənisən, sus!”[/b]

Əlcəzair milli komandasının baş məşqçisi Rabah Macer yerli media ilə insident yaşayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis jurnalistlərdən birini düşmən adlandırıb.

 

Belə ki, CAR-la oyunda əldə olunmuş 3:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirən Macer ona sual ünvanlayan jurnalistlərdən birinə qarşı sərt davranıb: “Sən, mister Cebur, sən jurbalist deyilsən! Milli komandanın düşmənisən. Bunu hər kəsin içində, açıq deyirəm. Bütün jurnalistlərə hörmət edirəm, ancaq sənə etmirəm. Sus və danışma!”.

 

Qeyd edək ki, Əlcəzair millisi DÇ-2018-ə yüksələ bilməyib. Macer isə oktyabr ayında karyerasında 4-cü dəfə milli komandaya baş məşqçi təyin olunub. 

0