[b]Çempionla ilk görüş[/b]
17.11.2017 - 10:12
[b]Çempionla ilk görüş[/b]

Azərbaycan Premyer Liqasının XII turunun açılış oyununu idarə edəcək İnqilab Məmmədov mövsümdə ilk dəfə çempionla görüşəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın “Sumqayıt”la ev oyununun baş hakimi cari mövsümdə meydan sahibləri ilə görüşməyib.

 

Referi bu il ümumilikdə 4 matç idarə edib. Bu matçlardan ikisində meydan sahibləri qalib gəlib. “İnter” “Səbail”i 1:0, “Sumqayıt” “Zirə”ni 2:1 hesabı ilə yenib. “Zirə” – “İnter” matçında qalib  müəyyənləşməyibsə (1:1), “Kəpəz” səfərdə “Qəbələ”dən güclü olub – 2:0.

 

“Sumqayıt”ın 1 oyununda qələbəsinə şahid olan Məmmədov IX turun həmin görüşündən sonra baş hakim olmayıb. “Zirə” ilə qarşılaşmada referi hər komandaya 4 sarı vərəqə göstərmişdi.

 

Ümumilikdə isə hakim 4 oyunda penalti verməsə də, 2 dəfə qırmızı vərəqə göstərib. Meydan sahibləri və qonaqları 1 dəfə cəzalandıran Məmmədov 30 vərəqə göstərib. Bunlardan 17-si meydan sahibləri, 13-ü qonaqlara verilib.

0