[b]“Neftçi” - “Qəbələ”: Bakılılar 1 qol vuracaq, heç-heçə olmayacaq[/b]
17.11.2017 - 11:20
[b]“Neftçi” - “Qəbələ”: Bakılılar 1 qol vuracaq, heç-heçə olmayacaq[/b]

FİFA referisi Əliyar Ağayev Premyer Liqada mövsümün 8-ci oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, XII turun “Neftçi” – “Qəbələ” qarşılaşmasında fit çalacaq hakim artıq 7 görüşün baş hakimi olub.

 

Maraqlıdı ki, Ağayev olan yerdə heç-heçə qeydə alınmır. Əvvəlki 7 qarşılaşmadan üçündə meydan sahibləri, dördündə qonaqlar 3 xala seviniblər.

 

Bu müddətdə penalti təyin etməyən Ağayev cəmi 1 dəfə qırmızı vərəqə göstərib. Həmin cəza da “Neftçi”yə ev oyunu zamanı verilib. “Ağ-qaralar” “Zirə”ylə V turun görüşündə azlıqda qalıb. Cəzalanan isə Mirabdulla Abbasov olub.

 

7 görüşdə 23 sarı vərəqə verən referi meydan sahiblərini daha çox cəzalandırıb. O, 23 dəfə ev komandasının, 10 dəfə səfərdə oynayanların üzvünə xəbərdarlıq edib.

 

“Neftçi”nin Ağayevlə yolları 3 dəfə kəsişib. Hər dəfə də qonaqlar qalib gəlib. Bakılılar ilk turda “Qarabağ”a 1:3, V turda “Zirə”yə 1:2 hesabı ilə uduzubsa, IX turda Gəncədə “Kəpəz”dən güclü olub – 1:0. Bir sözlə, “Neftçi” hər oyunda 1 qol vurub.

 

Bu ənənə davam etsə, bakılılar 1 qol vuracaq və oyun heç-heçə başa çatmayacaq. “Ağ-qaralar” qırmızı vərəqədən başqa, 5 sarı alıbsa, rəqibləri də eyni sayda cəzaya məruz qalıb.

 

“Qəbələ” isə yalnız bir dəfə FİFA referisinin idarə etdiyi matça çıxıb. II turun ev oyununda “qırmızı-qaralar” “Sumqayıt”dan güclü olub – 1:0. Həmin qarşılaşmada meydan sahibləri 1, qonaqlar 2 sarı vərəqə görüb.

0