DÇ-2018: Bütün dünya bu gözələ baxacaq

2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin aparıcıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, tədbirin aparıcıları İngiltərə futbolunun əfsanəsi Hari Liniker və rusiyalı idman jurnalisti Mariya Komandnaya olacaq.

 

DÇ-1986-nın qəhrəmanı olan Liniker mundialın ən yaxşı bombardiri adını qazanıb. Millidə 80 oyunda 48 top vuran hücumçu “Lester”, “Everton”, “Barselona”, “Tottenhem” və “Qrampus Eyt” klublarında çıxış edib.

 

Rusiyanın tanınmış idman jurnalistlərindən olan Komandnaya televiziya və radio sahəsindəki fəaliyyəti ilə tanınır. “Matç TV” və “FOX Sports” kanallarında çalışan rusiyalı xanım gözəlliyi ilə də diqqət çəkir.

 

Dekabrın 1-də baş tutacaq tədbirdə daha 8 assistent onlara kömək edəcək. Bu tanınmış simaların tam siyahısı hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, Moskvadakı Dövlət Kreml Sarayında baş tutacaq mərasimdə mundialın 32 komandası 8 qrupa bölünəcək.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10