SİZİN REKLAM BURADA

Bir addım irəli, üç addım geri: Şimali Koreya da millimizi keçdi

FİFA-nın milli komandaların reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, təxmini cədvəldə müəyyən dəyişikliklər diqqət çəkir.

 

Bu dəyişikliklərə səbəb DÇ-2018-in pley-off matçları, həmçinin yığmaların iştirakı ilə baş tutan digər qarşılaşmalardı. Azərbaycan millisi də dəyişikliklər sayəsində mövqeyini itirib.

 

Noyabrda heç bir matça çıxmayan komandamız 9 xal qazanmağa müvəffəq olub. Ötən ay açıqlanan cədvəldə hesabında 272 xalı olan yığmamız indi 281 xala malikdi.

 

Ötən ay 115-ci olan millimiz bu artım sayəsində Yəməni arxada qoymağı bacarıb. Komandamızın asiyalıları keçməsi sayəsində irəliləməsi gözlənilsə də, ehtimallar cədvəlində bunun əksi baş verib.

 

Belə ki, üç komanda yığmamızı arxada qoyub. Şimali Koreya, Qırğızıstan, Bəhreyn milliləri xal hesablarını artırmağı bacarıb və bunun sayəsində irəliləyişə sevinib. Bir komandanı keçib, üçünü önə buraxan Azərbaycan nəticədə 2 addım geriləyib.

 

Millimiz və “qonşular”ı

112 (114). Türkmənistan – 292

113 (108). Sent-Kitts və Nevis – 291

114 (132). Şimali Koreya – 283

115 (125). Bəhreyn – 282

115 (120). Qırğızıstan - 282

117 (115). Azərbaycan – 281

118 (116). Filippin – 280

119 (129). Namibiya - 274

120 (118). Ruanda – 269

121 (112). Yəmən – 268

122 (122). Yeni Zelandiya – 267

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də dəyişikliklər baş verib. Peru “onluğ”u tərk edibsə, İsveçrə ən yaxşılar sırasına yüksəlib. Sonuncular kimi İspaniya da irəliləyibsə, Polşa, Fransa və Çili isə geriləyib.

 

İlk “onluq”

1 (1). Almaniya – 1602

2 (2). Braziliya – 1483

3 (3). Portuqaliya – 1358

4 (4). Argentina – 1348

5 (5). Belçika – 1325

6 (8). İspaniya - 1231

7 (6). Polşa - 1209

8 (11). İsveçrə - 1190

9 (7). Fransa – 1183

10 (9). Çili – 1162

 

Qonşu Türkiyə yığması təxmini siyahıda 9 pillə geriləyəcək. 42-ci yerə yuvarlanacaq “ay-ulduzlular”ın 735 xalı var.

 

Qeyd edək ki, FİFA rəsmi cədvəli noyabrın 23-də açıqlayacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10