“Çelsi”nin yarımmüdafiəçisi Bakıya səfərdən narahatdı

“Çempionluq titulunu qorumaq çətin olacaq. Ancaq bunun üçün sona qədər mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin yarımmüdafiəçisi Villian deyib.

 

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan London klubunun Premyer Liqada işləri elə də qaydasında getmir. 11 turdan sonra 22 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşan son çempion hazırda lider “Mançester Siti”dən 9 xal geri qalır. Villian bunu özləri üçün əlçatmaz fərq hesab etmir: “Mançester Siti” çox yaxşı futbol oynayır. Ancaq mövsümün sonuna hələ çox vaxt var. Fikrimcə, titul uğrunda yarışı hələ də davam etdirə bilərik. Son çempionun titulu qoruması çətin olur. Çünki belədə bütün komandalar “Çelsi”yə qarşı daha yüksək motivasiyada oynayırlar”.

 

Braziliya millisinin üzvü Çempionlar Liqasının IV turunda “Roma”ya məğlubiyyəti (0:3) isə faciə hesab etmir: “Roma”ya belə uduzmağımız sürpriz oldu. Ancaq buna qədər hər şey qaydasında gedirdi. İndi də qrupda hər şey öz əlimizdədi. Premyer Liqada “Vest Bromviç” və “Liverpul”la çətin matçların arasında “Qarabağ”la səfərdə qarşılaşacağıq. Xüsusən də, “Liverpul”la ağır oyun öncəsi Azərbaycana uzun yol qət etmək komandada yorğunluq əmələ gətirə bilər. Əlbəttə ki, məqsədimiz əvvəlcə “Vest Bromviç”ə, ardından isə “Qarabağ”a qalib gələrək, “Liverpul” önünə yüksək motivasiyada hazırlaşmaqdı. Həm də Çempionlar Liqasında işimizi son tura saxlamamaq üçün qələbə çox vacibdi”.

 

Qeyd edək ki, “Çelsi” “Qarabağ”la noyabrın 22-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10