“Neftçi” hamını qabaqladı - VİDEO

"Sərhədçi" Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü 119 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

 

73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Hacıbala Cəbrayılov, İbrahim Ağakişiyev, Yaqub İsmayılzadə, Toğrul Salmanov ölkə birinciliyində son günün qalibi olub.

 

Üç gün davam edən respublika birinciliyinin yekununda medalların sayına görə “Neftçi İdman Klubu” birinci (4 qızıl, 2 gümüş, 6 bürünc medal), Təhsil RİM Sumqayıt ikinci (3 qızıl, 1 gümüş) və Təhsil RİOEUGİM-1 isə üçüncü (2 qızıl, 2 gümüş, 1 bürünc medal) yeri tutub. Yarışda yüksək nəticə göstərən yeniyetmə cüdoçulara Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

 

Qeyd edək ki, cüdo üzrə Azərbaycan birinciliyində 565 idmançı mübarizə aparıb. Birinciliyin qalibləri və perspektivli cüdoçular yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaq.

 

Cüdo televiziyasının yarışdan hazırladığı maraqlı reportajı sizə təqdim edirik.

 

Oğlanlar

-73

kq

-81

kq

1.

2.

3.

3.

Cəbrayılov Hacıbala

Novruzov Kamran

Əliyev Kənan

Soltanlı Seymur

·

·

·

·

Pirşağa – Kürdəxanı

UGİM 2 Sumq.

Pirşağa – Kürdəxanı

Neftçi

1.

2.

3.

3.

Ağakişiyev İbrahim

Əliyev Rüstəm

Səfixanov Ruslan

Davudov Elşən

·

·

·

·

Neftçi

Atilla

DİN

ROİL

-90

Kq

+90

 kq

1.

2.

3.

3.

İsmayılzadə Yaqub

Mustafayev Elvin

Umudlu Firudin

Muradzadə Orxan

·

·

·

·

RİOEUGİM 2

Atilla

İOEUGİM 13

UGİM 2 Sumq.

1.

2.

3.

3.

Salmanov Toğrul

Məmmədov Hüseyn

Nağıyev Murad

Zeynalov Ayxan

·

·

·

·

Təhsil RİM Sumq.

Judo 2012

İOEUGİM 13

MOİK

                     

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10