SİZİN REKLAM BURADA

“Son 5 ilin ən gözəl fanat dəstəyini gördüm” – Tərlan Əhmədov

"Bir yaş da yaşa dolduq. Çoxları deyir ki, qocalırsan, amma biz yaşa doluruq, qocalmırıq. O ki qaldı ən böyük hədiyyəyə, ayın 19-da "Qəbələ” ilə oyunda qazanacağımız 3 xal mənim üçün ən böyük hədiyyə olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Bu gün 46 yaşını qeyd edən mütəxəssis klubun televiziyasına açıqlamasında noyabrın 19-da keçiriləcək “Qəbələ” ilə oyun haqda da fikirlərini bildirib. Əhmədov Premyer Liqanın XII turunun matçında qazanılacaq 3 xalı ad gününə ən böyük hədiyyə hesab edir: "Neftçi”də baş məşqçi olub doğum gününü qeyd etməyi yalnız xəyal edə bilərdim. Bu da bir qismətdir. Hər halda, ilk dəfədir burada baş məşqçi kimi ad günümü qeyd edirəm. Baş məşqçi rolunda ad günü qeyd etmək daha şərəfli, daha məsuliyyətlidir. "Sumqayıt”la oyunda son illərin, bəlkə də son 5 ilin ən gözəl fanat dəstəyini gördüm. O dəstəyin, o istəyin sevinci müqabilində də komanda son dəqiqədə qol vurdu. Fanat olmasa, futbolçu heç vaxt aqressiv oynaya, oyunundan zövq ala bilməz. Amma bizim son matçlarda qazandığımız 4 qalibiyyətin, demək olar, hamısında bizə sonadək dəstək olan fanatların böyük rolu var idi. Onlar hətta məğlub olduğumuz qarşılaşmalarda da bizə sona qədər dəstək olublar. Bu fanatların qarşısında çalışırıq bacardığımız qədər gözəl oyun nümayiş etdirərək qələbə qazanaq. Bugünkü gün komanda bunun öhdəsindən gəlməyi bacarır, buna qadirdir. "Sumqayıt” üzərində qələbədə fanatlarımızın 100 faiz böyük rolu oldu”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10