SİZİN REKLAM BURADA

“Hələ ki top havadadır...” – Səbuhi Məmmədli milyonların sevimlisindən yazır

91 bir il əvvəl, bu gün dünyaya gəlmişdi. Atası çar ordusunun keçmiş zabitiydi. Anası isə Tiflisdəki gimnaziyada kitabxana müdirəsi. Hələ uşaq ikən valideynləri onu xoreoqrafiya məktəbinə qoyurlar. Məktəbi əla qiymətlərlə bitirir. Bundan sonra təhsilini Tiflis İncəsənət İnstitutunda davam etdirir, oranı da uğurla bitir. 23 il ərzində onlarla obraz yaradır. Marcanişvili adına Akademik Teatrında əksər baş rolları ona tapşırırmış rejissorlar. Amma...

 

Amma sovet xalqı onu aktyor kimi yox, dahi idman şərhçisi kimi tanıyır, sevirdi. Hə, onu, əsil adı Konstantin olan, amma bütün Sovet İttifaqının Kote kimi tanıdığı milyonların sevimlisini, Kote Maxaradzeni.

 

 

***
 

70-80-ci illərdə Ozerov, Pereturin və Maslaçenkonun səsini televiziyadan, radionun idman proqramlarından anındaca ayırmaq mümkün idi. Pereturin və Maslaçenko nə qədər darıxdırıcıydılarsa, Ozerov və Maxaradzenin şərhlərinə qulaq asmaqdan doymaq olmurdu. Bu ikisi o birilərindən həm də qismən sərbəstliyi ilə seçilirdilər. Və həm də zarafatlarıyla. Maraqlıdır ki, həm Ozerov, həm də Maxaradze ixtisasca aktyor idilər. Yeri gəlmişkən, Maxaradze və Ozerov çox möhkəm dost olublar. Ozerov şəxsən müsahibələrin birində Maxaradzeni SSRİ-nin ən yaxşı idman şərhçisi olduğunu qeyd edibmiş.

 

Maxaradzeni bir dəfə 6 aylıq müddətə şərhçilikdən ayırıblarmış. Köməyə dostu Ozerov gəlib. Demək, hadisə necə olub. 13 may 1981-ci ildə "Dinamo" Tbilisi Kuboklar Kubokunun finalında ADR-in "Karl Tseys" klubu oynayır. Düsseldorfun "Reynştadion"undan oyunu Sovet televiziyasına Kote şərh edir. Bütün ölkə televiziya qarşısındadır. Hesab 1-1 olarkən matçın bitməsinə 3 dəqiqə qalmış gürcü Vitali Daraseliya qələbə topunu almanların qapısına vurur. "QOOOlll" qışqıran Maxaradze anındaca deyir: "Təsəvvür edin, indi Tbilisidə nələr baş verir". Hə, Tbilisidə. Məhz bunu ona irad tutmuşdular. Nəyə görə məhz "Tbilisi" dedin?  Komanda SSRİ-nindir. Nəyə görə SSRİ-nin adını çəkmədin?!

 

 

Ümumiyyətlə, Kote Maxaradze ömrü boyu 20 idman növündə 3 mindən çox çox translyasiyada şərhçi kimi çıxış edib. Artistizmi, yüksək yumoru, intellekti və möhtəşəm yaddaşı. O, kağıza baxmadan belə ən dəqiq statistik göstəriciləri rahatlıqla deyə bilirdi. Kote həm də bir gürcü milliyyətçisi idi. 1982-ci ildə mərhum David Kipiani dünyanın ən yaxşı futbolçuları sırasına salınmışdı. Amma "Dinamo"nun bu əfsanəsi SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına düşməmişdi. Onda Kote SSRİ futbol federasiyasına üsyan dolu etiraz məktubu göndərmişdi. Buna görə də az qala onu cəzalandıracaqdılar.

Onu Ukraynada da çox sevirdilər. Kiyev "Dinamo"sunun avrokuboklardakı oyunlarını əksəriyyətini məhz o şərh edirdi. Bloxinlə, Buryakla və başqa bir əfsanə Lobanovskiylə dost idi.

 

***

 

Maxaradze şərhlərində çox unikal frazalarıyla yadda qalıb. Təbii, bunlardan ən məşhuru "Hələki top havadadır, mən sizi heyətlərlə tanış edim"dir.

 

Amma bu ifadələr də ona məxsusdur axı:

 

Məsələn, "Qapının arxasındakılar "Latsio"nun azarkeşləridir. Onların hamısı mavidir. ("Latsio"nun idman forması mavi rəngdədir)

 

Və ya bu : "Hücumçumuz yerə yıxılıb, durmaq bilmir. Görəsən hakim ona nə deyir? Heç nə, nə deyəcək ki? Deyir dur ayağa, yer soyuqdur".

 

Ya da bunlar:

 

- Müdafiəçinin başına dəyən zərbə çox güclüydü. Əgər onun beyni varsa, mütləq silkələnib;

 

- Qadın futboluna baxmağın mənası yoxdur, sonda futbolçular formalarını dəyişmirlər;

 

- Titov avstriyalı oyunçudan elə bir pas aldı ki, özününkü eləsini verə bilməzdi;

 

- Şovkovskiy Vaşuka əla ötürmə verdi, yeri gəlmişkən, onların hər ikisi evlidirlər.

 

- Şotlandlar başla əla oynayırlar, çünki elə doğulublar...

 

 

***

 

Hə, çoxdu belə ifadələr. Elə onu milyonların sevimlisi edən də bu cür ifadələr idi. Və bu milyonların sevimlisi 5 il əvvəl dünyasını dəyişəndə belə onminlərlə insan onu son mənzilə yola salmaq üçün Tiflisin qədim "Didubiyskiy panteon" qəbiristanlığına yığışmışdı. Dahi Maxaradzeni şəyat yoldaşı Sofiko Çiaureli də 6 ildən sonra onun yanında torpağa basdırıldı. O Çiaureli ki Gürcüstanın ən tanınmış aktrisalarından biriydi.

O ki qaldı Maxaradzenin aktyorluğuna...bu barədə rusiyalı yazıçı Viktor Şenderoviç danışır:

 

"Gələcəkdə əfsanəyə çevriləcək Kote Maxaradze o vaxt Tbilisidə Rustaveli adına teatrda işləyirdi, eyni zamanda başqa yerlərdə konferansye kimi çalışırdı. Ən sevdiyi tamaşa isə partizanlara həsr olunan tamaşa idi.

 

Tamaşada faşist rolunu oynayan Kote Maxaradze partizan gülləsi ilə kürəyindən yaralanır, qışqıraraq kulis arxasına uzanır və çıxıb gedir.

 

Bir dəfə də "partizanlar" sözləşirlər və Maxaradze gülləni kulisin yanında kürəyindən deyil, dekorasiyaların ortasında sinəsindən alır. Yerə uzanmaqdan başqa da bir çarəsi qalmır. Partizanlar da görür ki, faşist ölməyib, yaralanıb. İnildəyə-inildəyə kulis arxasına tərəf sürünür! Partizanlar onun başından daha bir neçə güllə vururlar, xeyri olmur. Canıbərk faşisti avtomatdan açdıqları atəşlə aşsüzənə döndərirlər, o isə kulisə tərəf sürünməkdə davam edir – faşistin yaşamaq eşqi nəhəng imiş!

 

Bu zaman qoca partizan – əfsanəyə görə, bu dahi Serqo Zakariadze imiş – sürünən faşisti kulis arxasına çatmağa azca qalmış yaxalayıb, yolunu kəsir. Zakariadze onun yanında çöməlib, faşistin saçından tutub, başını qaldırır, üzünə baxır və mənalı-mənalı deyir: “Öldü...”

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10