“Bu haqda danışmaq istəmirəm” – Riçard Almeyda

Azərbaycan Premyer Liqasının XII turunda “Sumqayıt”la qarşılaşan və matçın əvvəlindən azlıqda qalan “Qarabağ” Çempionlar Liqası öncəsi qələbə qazanmağı bacarıb. Bu matçın bir özəlliyi də ilk dəfə Bakı Olimpiya Stadionunda Premyer Liqa qarşılaşmasının baş tutması idi.

 

Oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi və ilk qolun müəllifi Riçard Almeyda apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- On nəfərlə qalmağınıza rəğmən qələbə qazandınız. Matçla bağlı hansı məqamları qeyd etmək istərdiniz?

- “Çelsi” ilə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyimiz oyundan əvvəl Premyer Liqa matçının bu stadiona salınmasının bizə xeyri dəyəcək. Meydana uyğunlaşmaq vacib faktordu. “Sumqayıt”ı da kiçiltmək olmaz. Layiqli rəqibdilər və sona qədər mübarizə apardılar, “vuruşdular”. Biz də layiq olduğumuz qələbəni qazandıq.

 

- Son turlarda “Qarabağ”ın oyunçuları qırmızı vərəqə alır. Bunun səbəbini bilmək olarmı?

- Bu haqda danışmaq istəmirəm.

 

- Bəs “Çelsi” ilə oyun haqda nə düşünürsüz?

- Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Bunun üçün münarizə aparacağıq.

 

- Bakı Olimpiya Stadionunda keçirilən çempionat oyununda ilk qolunuzu vurdunuz. Bu tarixə düşmək baxımından sizin üçün önəmli hadisə hesab edilirmi?

- Bunun elə də önəmi yoxdu. Vacib olan qələbə qazanmaq idi. Bunu bacardıq, aktivimizə 3 xalı yazdırdıq. Kimin qol vurmasından çox, komandanın uğur qazanması ön planda dayanır.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10