[b]Qonaqlar üçün düşərli gün - YENİLƏNİB[/b]
18.11.2017 - 16:56
[b]Qonaqlar üçün düşərli gün - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha iki matçı baş tutub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günü sülhsevər cütlüyün dueli ilə başlayıb. 

 

Ardıcıl 5 qarşılaşması 1:1 hesabı ilə başa çatan “Zirə” ilə “Keşlə” yubiley – 10-cu paytaxt derbisinə çıxıblar. Ramiz Məmmədovla ilk xalı əldə etmək istəyən “Keşlə” buna nail olmayıb. “Zirə” Milan Duriçin yeganə qolu sayəsində aktivinə 3 xal yazdırıb. Bununla da, Ayxan Abbasovun yetirmələri qələbə seriyasını 3-ə yüksəldiblər. 

 

Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “Kəpəz”lə “Səbail”in Gəncədəki dueli isə daha dramatik alınıb. Son pillədən xilas olmaq uğrunda mübarizə aparan qərblilər üçün oyun yaxşı başlamayıb. Belə ki, 5-ci dəqiqədə penaltidən qol buraxan "Kəpəz" cəmi 1 dəqiqə sonra azlıqda qalıb. Erkən qol və Dedimar Fereyranın qırmızı vərəqə alması azmış kimi, 16-cı dəqiqədə meydan sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Lakin 10 nəfərlə mübarizə aparan "Kəpəz" ruhdan düşməyib. Gəncəlilər fasiləyə qədər İlyas Səfərzadə və Kərim Diniyevin qolları ilə tarazlığı bərpa ediblər. 

Fasilədən sonra hər iki komanda qələbə qolunu vurmaq üçün irəli atılıb. "Kəpəz"in hücumları səmərə vermədiyi halda, qonaqlar istəklərinə çatıblar. Vüqar Nadirov 56-cı dəqiqədə fərqlənərək, "Səbail"ə səfərdə 3 xal qazandırıb. 

 

 

Premyer Liqa

XII tur

18 noyabr (şənbə)

 

 

“Kəpəz” – “Səbail” - 2:3

Qollar: İlyas Səfərzadə, 28; Kərim Diniyev, 35 (pen.) - Aleksandr Popoviçi, 5 (pen.); Ayron Stati, 16; Vüqar Nadirov, 56

Qırmızı vərəqə: Dedimar Fereyra, 6

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

“Kəpəz”: 1. Davud Kərimi, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 21. Novruz Məmmədov, 26. Ba Mansur Aladji, 5. Kərim Diniyev, 12. İlyas Səfərzadə, 24. Məhəmməd Qurbanov, 10. Tural Rzayev, 8. Viktor Oseqeyl
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 9. İlkin Sadıqov, 2. Yusif Cəfərov, 16. Azər Məmmədov, 17. Əli Səmədov, 20. Samba Dialo, 7. Sergey Çernışev
Baş məşqçi: Şahin Diniyev

 

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 21. Murtuz Abakarov, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 35. Eqdaras Zarskis, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 11. Elman Taqayev, 13. Murad Musayev, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 88. Orxan Qurbanlı
Baş məşqçi: Samir Əliyev

 

 

“Keşlə” – “Zirə” - 0:1

Qol: Milan Duriç, 18

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

“İnter Arena”

“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 2. Sertan Taşkın, 7. Mirsahib Abbasov, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad-Azad, 39. Əlibəy Məmmədli, 46. Əsəd Məsimov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 99. Ricat Qarayev
Baş məşqçi: Ramiz Məmmədov

 

“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. David Manqa, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov
Baş məşqçi:  Ayxan Abbasov

 

 

1

Qarabağ

11

9

1

1

19-4

28

2

Zirə

12

8

3

1

20-8

27

3

Qəbələ

11

7

1

3

16-11

22

4

Sumqayıt

12

5

1

6

14-17

16

5

Neftçi

11

4

1

6

12-11

13

6

Səbail

11

4

0

7

9-18

12

7

Keşlə

12

2

2

8

8-18

8

8

Kəpəz

12

2

1

9

9-20

7

 

Bombardirlər: Mahir Mədətov ("Qarabağ"), Baqali Dabo ("Qəbələ”), Amil Yunanov ("Sumqayıt"), Riçard Qadze ("Zirə") - 5 qol

 

0