SİZİN REKLAM BURADA

Antonio Konte: Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq

“Komanda öz üzərində çox çalışır. Qarşıdakı oyunlara hazırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

İngiltərə Premyer Liqasının XII turu çərçivəsində bu gün “Vest Bromviç”in qonağı olacaq “zadəganlar” ayın 22-də Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”la, noyabrın 25-də isə çempionat görüşündə səfərdə “Liverpul”la qarşılaşacaqlar.

 

“Stemford Bric”də mətbuat konfransı keçirən Konte yerli jurnalistlərin suallarını cavablandırıb. O, 8 gün ərzində 3 oyun keçirəcəklərinə toxunaraq, hər bir matçın "Çelsi" üçün böyük önəm kəsb etdiyini deyib: “İndiki məqamda diqqətimizi “Vest Bromviç”lə görüşə yönəltmişik. Amma təkcə bu oyun yox, 8 gün ərzində keçirəcəyimiz hər 3 matça hazırlaşmalıyıq. “Vest Bromviç”lə görüşdən sonra səfərdə “Qarabağ”la qarşılaşmalıyıq. Azərbaycandakı matçda Çempionlar Liqasının qrupundan çıxmaq, növbəti mərhələyə yüksəlmək uğrunda oynayacağıq. Ardınca isə “Liverpul”la üz-üzə gələcəyik. Odu ki, hər bir oyuna tam hazır olmalıyıq”.

 

Konte hazırkı məqamda Premyer Liqada onlar üçün ən güclü rəqibin “Mançester Siti” olduğunu etiraf edib: “Reallıq budu. “Mançester Siti” təkcə İngiltərədə yox, bütün dünyada hər bir komanda üçün təhlükəli rəqibdi. Onlar çox yaxşı oyun göstərirlər. “Mançester Siti”ni dayandırmağın yollarını tapmaq olduqca çətindi. Amma İngiltərədə çempionun kim olacağı ilə bağlı indidən nəsə demək olmaz. Əgər titulumuzu qorumaq istəyiriksə, xallar itirməməli, hər oyunda qələbə qazanmalıyıq”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10