SİZİN REKLAM BURADA

“Gələcəyim “Atletiko” ilə bağlıdı” – Dieqo Simeone

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone gələcək fəaliyyəti haqda danışıb. Apasport.az saytı xəbər verir ki, “Sky Sports”a açıqlama verən argentinalı çalışdırıcı “Everton”un təklifini qəbul etmək fikrində olmadığını bildirib.

 

İngiltərə klubunun sahibi Farhad Moşiri bir müddət öncə komandanın baş məşqçisi postuna məhz Simeoneni gətirmək istədiyini bildirmişdi. Bu səbəbdən Liverpul təmsilçisi yolları ayırdığı Ronald Kumanın yerinə hələ yeni çalışdırıcı təyin etməyib. Lakin Simeone hazırkı komandasını “Everton”a dəyişməyə razı deyil: “Gələcəyim “Atletiko” ilə bağlıdı. Qarşı tərəf bununla daha bir neçə il barışmaq məcburiyyətindədi. Hazırkı postumu tərk etməyəcəyimə əminəm”.

 

Qeyd edək ki, Dieqo Simeonenin “Atletiko” ilə müqaviləsinin müddəti 2020-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10