[b]“Bu, məşqçinin qorxaqlığıdı” – Ramiz Məmmədov[/b]
18.11.2017 - 15:29
[b]“Bu, məşqçinin qorxaqlığıdı” – Ramiz Məmmədov[/b]

“Uşaqların oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsi olduğundan, ehtiyatda saxlamışdım. 90 dəqiqə oynamağa tam hazır deyil”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

 

Azərbaycan çempionatının XII turunda “Zirə”ni qəbul edən paytaxt təmsilçisi 0:1 hesablı məğlubiyyətə üzülüb.

 

Matçdan sonra mətbuat konfransında iştirak edən Məmmədov bu fikirləri səsləndirib: “İlk hissədə buraxdığımız qol planlarımızı pozdu. Ancaq uşaqlar qarşıya qoyduğumuz tapşırığı 90 faiz yerinə yetirdilər. Həmişə onlara deyirəm ki, ilk qolu biz vurmalıyıq. Bu, oyun planımızın pozulmaması üçün vacibdi”.

 

- Komanda daha çox hücuma diqqət ayırır. Ancaq “Keşlə”də ağır futbolçular var ki, onlar buna uyğun deyillər...

- Bununla tam razıyam. Artıq çəkini aradan qaldırmaq üçün müəyyən vaxt lazımdı. Başqa idman növlərində 3 kq çəki atmaq üçün uzun müddət çalışmalı olurlar. Komandada artıq çəkisi olan futbolçuları bilirsiz. Onların bu çəkini atması üçün vaxt lazımdı.

 

- Nizami Hacıyev artıq “Neftçi” ilə müqavilə bağladığını dedi...

- Biz peşəkar komandanın üzvüyük. Həvəskar komanda deyilik. Müqavilə bağlayıbsa, ona uğurlar arzu edirəm. Çalşacağıq qışda Nizaminin möqeyinə yeni oyunçu tapaq.

 

- Deməli, qarşıdakı oyunlarda Nizami Hacıyev çıxış etməyəcək...

- Xeyr, oynayacaq. Nizami müqaviləsinin son gününə kimi bizdə qalacaq. Hazır olsa, oyuna da çıxacaq.

 

- Artıq çəkinin atılması komandada fiziki yüklənmə yaratmayacaq ki?

- Belə olacağını düşünmürəm. Hər məşqimiz 90-120 dəqiqə çəkir. Bu məşq zamanı artıq çəkinin atılmasına çalışacağıq. Əlavə yüklənmə olmayacaq.

 

- Bu sizin komanda deyil. Artıq üçüncü dövrənin komandasını qurmusuz?

- Qarşıma qoyulan əsas məqsəd bu heyətlə üçüncü dövrəyə kimi çıxış etməkdi. Ən azı 75 gün vaxtımız var. Lazım olan oyunçuları əvəzləyə bilərik. Kimin müqaviləsi varsa, son günə kimi onların xidmətindən istifadə edəcəyik. Akademiyanın da oyunçularından yararlanacağıq. Bahalı futbolçular almaq fikrimiz yoxdu.

 

- “İnter”in oyun üslubu var idi - beşli müdafiə. Həmin sistemi dəyişmisiz. Bu, komandaya nə dərəcədə təsir edəcək?

- Biz bu sistemi birdən-birə pozmadıq. Çünki birdən bunu etmək çox çətinlik yaradardı. Fasilə müddətində vaxtımız var idi. Bu gün bu sistem komandanın qələbəsi üçün planlanmışdı. İlk hissədə “Zirə”nin üstünlüyünü inkar edə bilmərəm. Lakin ikinci hissədə üstünlüyümüz göz önündə idi. Bir hücumçunu üç müdafiəçinin saxlaması məşqçinin qorxaqlığıdı. Ancaq indiki sistemdə 2 müdafiəçi 1 hücumçunu saxlayır. Azərbaycan klublarının 1 hücumçudan daha çox istifadə etdiyini nəzər alsaq, 5 müdafiəçili sistemə ehtiyac görmürəm. Əgər 2 müdafiəçi 1 hücumçunu saxlaya bilməyəcəksə, mən ümumiyyətlə, həmin müdafiəçini komandada saxlamaram.

0