SİZİN REKLAM BURADA

“Məni niyə vururlar, anlamıram” - Təmkin Xəlilzadə

“Keşlə” ilə oyunda qələbə qazanan və turnir cədvəlindəki mövqeyini qoruyan “Zirə”nin futbolçusu Təmkin Xəlilzadə qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Nəhayət, “Keşlə” ilə oyunlardakı heç-heçə seriyasına son qoydunuz...

- “Neftçi” ilə matçdan sonra çempionatda yaranmış fasilədən istifadə edib bu qarşılaşmaya hazırlaşdıq. Bilirdik ki, bizi ən çətin səfər oyunu gözləyir. Bu rəqiblə oyunlarımız istədiyimiz kimi alınmırdı, problemlər yaranırdı. İndi yaxşı formadayıq və komanda olaraq, yaxşı hazırlığımızın bəhrəsini gördük.

 

- Son dəqiqələrdə “Keşlə” təzyiqi artırmışdı. Hesabı qorumaq üçün erkən qapanmadınız?

- Hesabda öndə olduğumuza görə, üstünlüyümüzü qorumağa çalışdıq. Müdafiə olunmaqla əks-hücumlarda növbəti qol vuracağımıza inanırdıq. “Keşlə”nin təzyiqi artırması normaldı, çünki evdə çıxış edirdi, hesabda geri idi. Yaxşı müdafiə olunduq.

 

- İlkin Qırtımovla sanki gərginlik yaşadınız. Səbəbi nə idi?

- Hiss edirəm ki, mənə qarşı tez-tez kobud oynayırlar. Bacardığım qədər sakit olmağa çalışıram. Bəzən hesabda geri olanda, ya da istədiyini edə bilməyəndə “səbr kasan” daşır. Amma məni niyə vururlar, anlamıram.

 

- Çətin səfər olduğunu dediniz. Düşünmürsüz ki, bu qədər epizodu qaçırmaqla oyunu özünüz çətinləşdirdiniz?

- Həm mənim, həm də Viktor İqbekoyinin fərqi artırmaq üçün fürsəti oldu. Bunu etsəydik, daha rahat oynayacaqdıq. Ümumi götürdükdə, çempionatda asan rəqib yoxdu. Lakin “Keşlə” ilə oyunlarımız başqa cür, çətin keçir. Hər dəfə 1:1 hesabı qeydə alınır.

 

- Mətbuat daha çox digər klublardan yazdığı məqamda “Zirə” sanki gözdən-könüldən uzaq öz işini görür... 

- Bizə “çempion olacaqsınız” deyən olmayıb. Məqsədimiz hər oyunda yaxşı nəticə qazanmaqdı. Kimin mövsümü neçənci pillədə başa vuracağına mövsümün sonunda aydınlıq gətiriləcək. Hazırkı mövqeyimizdən razıyıq. Bunu qorumaq çox çətindi.

 

- Qurban Qurbanovun təyinatından sonra milliyə mütəmadi dəvət ediləcəyinizə inanırsınızmı?

- Qurban müəllimi təbrik edirəm. Azərbaycan futbolu adına uğurlu təyinatdı. Dəvət edilməyimə gəldikdə, bu, futbolçudan daha çox asılıdı. Yaxşı formada olsam, dəvət ediləcəyimə inanıram.

 

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız. Bu duel haqda nə düşünürsüz?

- Çox çətin oyun olacaq. Artıq bu matç haqda düşünürük. Rəqibin təqdimatına ehtiyac yoxdu. Amma öz meydanımızda oynadığımıza görə, uğur qazanacağımıza inanıram.


- “Qarabağ”a transferiniz mümkündü?

- Bu haqda söz-söhbət gəzir, amma mənə konkret söz deyən olmayıb. İndiki məqamda heç fikrimi buna yönləndirmək də istəmirəm. Çünki yaya qədər klubumla müqaviləm var. Necə olacaqsa, zamanı çatanda görəcəyik.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10