[b]Diniyevli “Kəpəz”in üçdə bir sevinci[/b]
18.11.2017 - 22:00
[b]Diniyevli “Kəpəz”in üçdə bir sevinci[/b]

“Kəpəz”in Şahin Diniyevli günləri başa çatıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi tarixində 2-ci dəfə bu baş məşqçi ilə vidalaşıb.

 

2004-cü ilin yayından 2005-ci ilin sonunadək qərblilərin “sükanı arxası”nda olan və komandanın adını dəyişib “Gəncə”yə çevrilməsinin əsas tərəfdarı sırasında duran Diniyev 12 il öncə millinin başına keçdiyi üçün klubdan ayrılmışdı. Azərbaycan yığmasından gələn dəvət üzündən “Kəpəz”lə vidalaşan çalışdırıcı 2015-ci ilin yayında yenidən sabiq komandasında qayıdıb.

 

Bu dəfə il yarım deyil, daha çox postunda qalan Diniyev uğursuz nəticələrə görə vəzifəsindən ayrılmağa məcbur olub. Təxminən 2 il yarım qərblilərə rəhbərlik edən mütəxəssis 3 fəqli mövsümdə komandanın baş məşqçisi olub.

 

2015/16 və 2016/17 mövsümlərini tam işləyən çalışdırıcı 2017/18 mövsümü yarılanmamış işsiz qalıb. Bu dəfə yalnız Premyer Liqada çalışan Diniyev ardıcıl 3-cü mövsüm kubok həyəcanı yaşamaq imkanından məhrum olub. O, 1/8 final matçına 11 gün qalmış vəzifəsini tərk edib.

 

Beləliklə, məşqçi 2015-ci ildən indiyədək çempionatda 3, kubokda 2, avrokuboklarda 1 mövsüm iş başında ola bilib.  Diniyevin “Kəpəz”dəki 2-ci dönəmi 84 matçdan ibarət olub. Bunların yalnız 1/3-də qələbə sevinci yaşayan mütəxəssis 28 uğurundan 26-na Premyer Liqada şahidlik edib.

 

Şahin Diniyev “Kəpəz”də 2-ci dönəmi

 

mövsüm

turnir

O

Q

H

M

T/F

X

2015/16

Premyer Liqa 

36

15

11

10

48-40

56

 

Kubok

1

0

0

1

0-1

0

 

Avropa Liqası

4

1

1

2

1-3

4

2016/17

Premyer Liqa 

28

9

9

10

24-27

36

 

Kubok

3

1

1

1

5-3

4

2017/18

Premyer Liqa 

12

2

1

9

9-20

7

Cəmi

Premyer Liqa 

76

26

21

29

81-87

99

 

Kubok

4

1

1

2

5-4

4

 

Avropa Liqası

4

1

1

2

1-3

4

yekun

 

84

28

23

33

87-94

107

 

Qeyd edək ki, Diniyev 2004-05-ci illərdə “Kəpəz”ə rəhbərlik etdiyi 55 görüşdə 22 qələbə, 16 heç-heçə və 17 məğlubiyyət görüb. Ümumilikdə isə Gəncə təmsilçisi bu məşqçi ilə 139 qarşılaşmada 50 qələbə və eyni sayda məğlubiyyətə, həmçinin 39 bərabərliyə şahid olub.

0