[b]“Qəbələ"dən səfər qələbəsi - YENİLƏNİB[/b]
19.11.2017 - 18:53
[b]“Qəbələ"dən səfər qələbəsi - YENİLƏNİB[/b]

Azərbaycan Premyer Liqasında XII tura bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, həftənin son oyununda “Qəbələ” “Neftçi” ilə qarşılaşıb.

 

Azarkeşlərin 5 qola şahidlik etdiyi matçda "Qəbələ" əzmkar qələbə qazanıb. Oyunun gedişində iki dəfə geri düşsə də, Roman Qriqorçukun komandası yekunda 3 xalı qazanmağı bacarıb.

 

Hesabı meydan sahibləri açıb. Emin Mahmudov künc zərbəsindən sonra fərqlənib. İki dəqiqə sonra Baqali Dabo komandasının bərabərlik qolunu vurub. İlk hissə elə bu hesabla başa çatıb.

 

İkinci hissəyə "Neftçi" qolla başlayıb. 48-ci dəqiqədə növbəti künc zərbəsini Kirilo Petrov başla qapıdan keçirib. Ancaq meydan sahiblərinin sevinci bu dəfə uzun çəkməyib. Ruslan Qurbanov 56-cı dəqiqədə penalti zərbəsi ilə "status-kvo"nu bərpa edib.

 

Son nöqtəni qoymaq vəzifəsini isə Stiv Monroz yerinə yetirib. O, uzun reydini dəqiq zərbə ilə məntiqi sonluğa qovuşdurub.

 

Premyer Liqa

XII tur

19 noyabr (bazar)

 

“Neftçi” – “Qəbələ” - 2:3

Qollar: Emin Mahmudov, 19, Kirill Petrov, 48 - Dabo, 21, Ruslan Qurbanov, 56 (pen.), Monroz, 80

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əli Hüseynov

8-ci km qəsəbə stadionu

 

“Neftçi”: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov, 9. Uqo Barqas, 11. İqnasio Herrera

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 22. Mirabdulla Abbasov, 7. Namiq Ələsgərov, 26. Ömər Buludov, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 12. Daniel Seqovia

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 21. Deyv Bultuis, 16. Dion Omar Malone, 34. Urfan Abbasov (k), 45. Famussa Kone

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 29. Hacıağa Hacıyev, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun

Baş məşqçi: Roman Qriqorçuk

 

Turnir cədvəli
 

1

Qarabağ

11

9

1

1

19-4

28

2

Zirə

12

8

3

1

20-8

27

3

Qəbələ

12

8

1

3

19-13

25

4

Sumqayıt

12

5

1

6

14-17

16

5

Neftçi

12

4

1

7

14-14

13

6

Səbail

11

4

0

7

9-18

12

7

Keşlə

12

2

2

8

8-18

8

8

Kəpəz

12

2

1

9

9-20

7

 

Bombardir: Baqali Dabo ("Qəbələ”) - 6 qol

 

0