[b]“Qarabağ”la oyun mövsümün ən vacib qarşılaşmasıdı” – Antonio Konte[/b]
19.11.2017 - 01:11
[b]“Qarabağ”la oyun mövsümün ən vacib qarşılaşmasıdı” – Antonio Konte[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Çelsi” İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb. Apasport.az xəbər verir ki, londonluların baş məşqçisi Antonio Konte “Vest Bromviç” üzərində əldə olunan səfər qələbəsini klub saytına şərh edib.

 

O, həftəiçi “Qarabağ”la oynayacaqları Çempionlar Liqası oyununda da bəhs edib: “Belə bir oyunda qələbə qazanmaq bizim özgüvənimiz üçün olduqca əhəmiyyətlidir. Xüsusilə, hazırkı məqamda bizi çərşənbə günü çox vacib bir oyun gözləyir. Düşünürəm ki, “Qarabağ”la oyun mövsümün ən vacib qarşılaşması olacaq. Çünki qələbə sayəsində Çempionlar Liqasında növbəti mərhləyə yüksəlməyi təmin edə bilərik. Bu səbəbdən yolumuza qələbə ilə başlamaq çox pozitiv haldır”.

 

Konte təmsilçimizlə oyundan sonra qarşılaşa biləcəkləri problemlərdən də danışıb: “İndi bizim başqa problemimiz var. Çərşənbə günü “Qarabağ”la oynayıb, Londona səhər saat 5 və ya 6-da dönəcəyik. Şənbə günü isə “Liverpul”la oynamalıyıq. Sizcə, bu, normaldı?”

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 22 noyabr saat 21:00-da start götürəcək.

0