[b]“Kəpəz” yeni baş məşqçisini nə vaxt açıqlayacaq?[/b]
19.11.2017 - 16:14
[b]“Kəpəz” yeni baş məşqçisini nə vaxt açıqlayacaq?[/b]

Noyabrın 18-də “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə MŞ-nın sədri Elmir Vəliyev, üzvlər Müzəffər Qasımov, Sərxan Babayev, İbrahim Cəfərov, Yusib Yusibov, Müşfiq Cəfərov və AFFA tərəfindən kluba təyin olunan yeni nümayəndə İslam Abbasov iştirak edib.

 

Müzakirələrin nəticəsində İslam Abbasov şuraya üzv, eyni zamanda sədr müavini təyin olunub. Tədbirdə həmçinin, Elnur Camalxanov yeni icraçı direktor kimi MŞ-nın üzvlərinə təqdim olunub.

 

Tədbirdə həmçinin, “Səbail”ə məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Şahin Diniyevin fəaliyyəti də müzakirə olunub. Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləri yekdilliklə istefanı qəbul ediblər.

 

Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.

0