Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Neftçi”nin qonağı olan “Qəbələ” inamlı qələbə qazandı. Meydana sonradan daxil olan və oyunun taleyini həll edən qola imza atan Stiven Monroz matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Meydana sonradan daxil olsanız da, görüşün taleyini həll etdiniz. İki dəfə hesabda geri düşsəniz də qələbə qazanmağı bacardınız. Bu xarakter nümayişidi?
- Maraqlı oyun oldu. Çünki rəqibimiz də güclü komandadı. Həm də “Neftçi” bir neçə ardıcıl qələbə qazanmışdı. Amma bu gün bizim oyunumuz daha yaxşı alındı və qələbəni aktivimizə yazırdıq. İndi əsas heyətdə daha çox oynayacağıma inamım artıb.
- Zədə üzündən oyunları buraxırdınız. İndi geri dönüş üçün tam hazırsınızmı?
- Ayağımda ağrı hiss edirdim. Buna görə də ötən oyunu buraxmalı oldum. Zədəm tam sağaldığından, meydana çıxmağa hazıram. İndi daha çox fiziki hazırlıq keçirəm ki, heyətə düşə bilim.
- Vurduğunuz qol baxımlı alındı. Həmin anda hansı hissləri keçirirdiniz?
- İki futbolçunu arxada qoyduqdan sonra qarşımda bir futbolçunun olduğunu gördüm. Həmin anda onu da keçmək haqda düşündüm və bunu bacardım. Daha sonra qol vurdum. Bu qol həm də ona görə yaxşı alındı ki, oyunun taleyini həll etdi. 2:2 hesabı ilə davam edən matçı lehimizə çevirdim.
- İki turdan sonra çempionatda təxminən 2 aylıq fasilə yaranacaq. Bu futbolçulara necə təsir edəcək?
- Ailəmlə görüşəcəm. Fasilədən istiafdə edib, onların yanına gedəcəm. Çünki onlar başqa yerdə qalır.