[b]Dadaşovla Mahmudov darmadağına əngəl ola bilmədi[/b]
19.11.2017 - 22:53
[b]Dadaşovla Mahmudov darmadağına əngəl ola bilmədi[/b]

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.

 

Frankfurtlular səfərdə “Unterxakinq”li həmyaşıdları ilə qarşılaşıblar. Görüş meydansahiblərinin darmadağını ilə yekunlaşıb – 6:2.

 

Hər iki oyunçumuz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olublar. Ancaq böyükhesablı məğlubiyyətdən qaçmağa onların da köməyi dəyməyib.

  

Qeyd edək ki, iki oyun əskik keçirən və 11 matçdan sonra aktivində 15 xal olan “Ayntraxt” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0