[b]Araz Abdullayev üçün 1 saat 3 dəqiqə[/b]
20.11.2017 - 00:19
[b]Araz Abdullayev üçün 1 saat 3 dəqiqə[/b]

Futbol üzrə Kipr çempionatında XII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Ermis”lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.

 

Matça start heyətində başlayan Araz 63-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 12 oyundan sonra aktivində 26 xal olan Famaqusta təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

0