[b]Legionerlərdən ibarət komandamız mərhələ adladı[/b]
20.11.2017 - 09:51
[b]Legionerlərdən ibarət komandamız mərhələ adladı[/b]

Qadın həndbolçular arasında “Çelenc Cup”ın III raundunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən “Azəryol” Lüksemburqun “Dudelanj” klubu ilə qarşılaşıb.

 

Səfərdə baş tutan hər 2 matç komandamız üçün uğurlu alınıb. Rəqibini ilk oyunda 36:15 (16:6) hesabı ilə məğlub edən “Azəryol” ikinci qarşılaşmasında da “Dudelanj”dan üstün olub – 32:16 (16:10).

 

Beləliklə, 2 görüşün nəticəsinə əsasən (68:31) mərhələ adlayan “Azəryol” 1/8 final mərhələsinə vəsiqə qazanıb. Əsasən legionerlərdən ibarət olan təmsilçimizin rəqibi sabah atılacaq püşkə əsasən bilinəcək.

 

Qeyd edək ki, bu komanda ötən il ABU adı ilə də mərhələ adlamışdı. 

0