[b]Nigeriyalı “Qarabağ”la görüşə hazırdı - FOTO[/b]
20.11.2017 - 11:11
[b]Nigeriyalı “Qarabağ”la görüşə hazırdı - FOTO[/b]

“Çelsi”nin yarımmüdafiəçisi Viktor Mozes Çempionlar Liqasının V turunda “Qarabağ”la oyunda iştirak edə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “zadəganlar”ın baş məşqçisi Antonio Konte verib.

 

Britaniya mətbuatına danişan italiyalı mütəxəssis bir aydan çoxdu zədədən əziyyət çəkən nigeriyalı futbolçunun artıq    sağaldığını bildirib: “Mozes özünü yaxşı hiss edir. Ümid edirəm ki, “Qarabağ”la matça qədər tam hazır vəziyyətə gələcək. Bakı səfərində ondan istifadə edə bilərik. Aparıcı futbolçuların zədəli olmamaları və yaxşı forma yığmaları çox önəmlidi”.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oktyabrın 14-də “Kristal Pelas”la görüşdə zədələnən Viktor Mozes isə son 7 oyunda iştirak etməyib.

0