SİZİN REKLAM BURADA

Keyhill “Qarabağ”la matç haqda: Bizə qələbə lazımdı

“Həm Premyer Liqa, həm də Çempionlar Liqasında itirdiyimiz xal itkiləri bizim üçün qəbulolunmazdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin müdafiəçisi Qari Keyhill deyib.

 

Premyer Liqanın XII turunda “Vest Bromviç”i 4:0 hesabı ilə üstələyən “Çelsi” növbəti oyununu noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcək.

 

Ölkəsinin mətbuatına açıqlama verən ingilis futbolçu həm “Vest Bromviç”lə görüş, həm də Bakı səfəri haqda fikirlərini bildirib. O, Çempionlar Liqasında “Roma”ya ağır məğlubiyyətdən sonra “Qarabağ”la səfər matçında mütləq qələbə qazanmalı olduqlarını deyib: “Premyer Liqanın ötən turunda “Mançester Yunayted”ə qalib gəldiyimiz görüş bizim üçün dönüş nöqtəsi oldu. O cür ağır oyunda əsl gücümüzü nümayiş etdirə bildik. “Vest Bromviç”lə ev matçında uduza bilməzdik. Odu ki, üzərimizdə böyük təzyiq var idi. Qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik. Çempionatda sürət yığırıq. İndi isə bütün diqqətimizi Çempionlar Liqasına yönəltmişik. Komanda “Vest Bromviç”lə matçda özünü yaxşı tərəfdən göstərdi. Bu oyunu qarşıdakı matçda da təkrarlamalıyıq. Çünki Çempionlar Liqası da bizim üçün çox vacibdi. “Roma” ilə hər iki oyunumuz ağır keçmişdi. Halbuki turnirə çox yaxşı başlamışdıq, ardıcıl 2 oyunda qələbə qazanmışdıq. Yenə də hər şey öz əlimizdədi. Bilirik ki, “Qarabağ”la matçda bizə qələbə lazımdı. Özümüzə inanmalıyıq”.

 

Keyhill “Vest Bromviç”ə 2 qol vuran Eden Azardan “Qarabağ”la matç, həmçinin qarşıdakı görüşlərdə də yaxşı oyun gözləyir: “Azar balacaboy olsa da, çox möhkəmdi. Oyundan-oyuna güclənir. Formada olanda onun qarşısını kəsmək olduqca çətindi. Eden əsl formasını bərpa edəndə onu izləmək adama zövq verir. Çünki möhtəşəm oyun sərgiləyir. Fikrimcə, Azarın üzərində təzyiq var. O, təkcə Premyer Liqanın yox, dünya futbolunun xüsusi oyunçularındadı. Buna görə də, hər matç özünü yaxşı tərəfdən göstərməlidi. Azar Çempionlar Liqasında da yüksək səviyyəli oyun nümayiş etdirməlidi”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da start götürəcək.

 

 

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10