“Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb. Apasport.az saytı xəbər verir ki, UEFA V tur çərçivəsində baş tutacaq qarşılaşmaya portuqaliyalı hakimlər briqadasını göndərməyi qərara alıb.

 

Matçda ədaləti Manuel De Souza  qoruyacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Nuno Pereyra ehtiyat referi kimi iş başında olacaq. Əlavə hakim köməkçiləri funksiyasını isə Fabio Verissimo və Luis Migel Branko Qodinyo yerinə yetirəcək.

 

42 yaşlı De Souza əvvəl də ölkəmizə gəlib. 2006-cı ildən FİFA hakimi olan portuqaliyalı Avropa Liqasının 2012/13 mövsümünün qrup mərhələsində keçirilən “Neftçi” – “Rubin” qarşılaşmasını idarə edib. Rusiya təmsilçisinin 1:0 hesablı qələbəsini qeydə alan referi 5 sarı vərəqə də göstərib.

 

2012-ci il noyabrın 8-dəki matçda bakılılar 3, qonaqlar 2 dəfə cəzalanıb. “Ağ-qaralar”ın heyətində Rəşad Sadiqov, Erik Ramos və Mirhüseyn Seyidov xəbərdarlıq alıb. Həmin matçda dördüncü hakim olan Nuno Pereyra da yenidən Bakıya gələcək.

 

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da start götürəcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 15 12 2 1 25-6 38

2.

Qəbələ

15 10 2 3 28-14 32

3.

Zirə 15 9 4 2 24-12 31

4.

Sumqayıt

15 6 3 6 18-18

21

5.

Neftçi

15

6 1 8 18-16 19

6

Səbail 15 4 2 9 10-22 14

7.

Keşlə

15

2 3 10 10-25 9

8.

Kəpəz

15 2 1 12 10-30 7
               

 

Top 10