[b]Millimiz Egey kubokuna qələbə ilə başladı[/b]
20.11.2017 - 14:17
[b]Millimiz Egey kubokuna qələbə ilə başladı[/b]

Türkiyədə keçirilən “Mercedes Benz” Egey kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

 

A qrupunda mübarizə aparan millimiz Albaniya ilə görüşüb. Vüqar Məmmədin yetirmələri ilk turdan 3 xalla ayrılıblar – 1:0. Komandamızın qələbə qolunu 69-cu dəqiqədə Bəhruz Tanrıverdiyev vurub.

 

Sabah keçiriləcək II turda yığmamız Kosovo ilə qarşılaşacaq.

 

Qeyd edək ki, A qrupunda Azərbaycan, Türkiyə, Albaniya və Kosovo yığmaları mübarizə aparır.

0