[b]Qurban Qurbanovun yubiley matçı[/b]
20.11.2017 - 14:26
[b]Qurban Qurbanovun yubiley matçı[/b]

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 75-ci avrokubok matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, bu yubiley Çempionlar Liqasının qrup mərhələsinin V turuna təsadüf edəcək.

 

Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı 45 yaşlı mütəxəssisin Ağdam klubundakı 75-ci Avropa sınağı olacaq. Komandası ilə avrokuboklarda 2009-cu ildə debüt edən Qurbanov 74 belə qarşılaşma görüb.

 

Bu matçlarda “Qarabağ” 31 qələbə qazanıb, 22 heç-heçə edib və 21 dəfə uduzub. Qurbanovun yetirmələri 83 qol vurub və 72-ni buraxıblar.

 

Bu 74 görüşdən 22-si Çempionlar Liqası, 52-ci Avropa Liqasına təsadüf edib.

 

Qeyd edək ki, Qurbanov azərbaycanlı məşqçilər arasında avrokuboklarda ən çox iş başında olan mütəxəssisdi.

 

0