[b]100 mükafatın sahibi "xərçəng"ə uduzdu[/b]
20.11.2017 - 15:03
[b]100 mükafatın sahibi "xərçəng"ə uduzdu[/b]

Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Neçə vaxtdı xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.

 

2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.

 

Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında “Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.

0