Prosineçki fikrini dəyişdi

Azərbaycan yığması ilə müqaviləsinin müddəti gələn ay başa çatacaq Robert Prosineçki daha bir təklif alıb. Apasport.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı çalışdırıcı fəaliyyətini Avstriyada davam etdirə bilər.

 

Müxtəlif vaxtlarda adı Türkiyənin “Bursaspor” və “Trabzonspor” klubları, həmçinin Xorvatiya və Serbiya yığmaları ilə birgə hallanan Prosineçki axır vaxtlar Sloveniya, eləcə də, Bosniya və Herseqovina millilərini çalışdırmağa əsas namizədlərdən sayılırdı. Lakin “Şturm” klubundan aldığı son təklif onun fikrini dəyişib.

 

“Böyük beşlik” təmsilçilərindən maraq görməyən Prosineçki yığma ilə müqayisədə iddialı klublardan birində çalışmağı daha üstün tutur. Bu mənada, “Şturm”un təklifi onun üçün göydəndüşmə olub. Qratslıların təklifi maddi cəhətdən fantastik olmasa da, Prosineçki bu komandanı çalışdırmağa qarşı deyil.

 

Bunun səbəblərindən biri kimi “Şturm”un Avstriya Bundesliqasında çempionluğa oynamasıdı. 15 turdan sonra 32 xal toplayan Qrats təmsilçisi turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Zalsburq”dan 2 xal geri qalır.

 

Digər səbəb Qrats şəhərinin Xorvatiyanın paytaxtı Zaqrebdən cəmi 170 km aralıda yerləşməsidi. Bu məqam həm Prosineçkinin, həm də onun ailəsinin ürəyincədi. Məsələ burasındadı ki, təcrübəli çalışdırıcı “Şturm”la müqavilə imzalayacağı halda, ailəsi Zaqrebdən ayrılmayacaq. Belə olan halda isə Prosineçkinin qızı Bakıda aldığı təhsili Xorvatiyanın paytaxtında davam etdirə biləcək. Həm də özü ailəsinə yaxın olacaq.

 

“Şturm” rəhbərliyi Prosineçki ilə anlaşmaqda israrlıdı. Xorvatiyalı məşqçinin alman dilini yaxşı bilməsi onların seçiminə təsir edən məqamlardandı. Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10