[b]Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı[/b]
20.11.2017 - 17:17
[b]Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı[/b]

Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 21-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.

 

Bakı Olimpiya Stadionunda təşkil olunacaq təbir saat 13:30-da başlayacaq.

 

“Qarabağ”ın son məşqi isə saat 17:40-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Çelsi"nin baş məşqçisi Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İngiltərə təmsilçisinin son məşqi isə saat 15:00-da "Bakcell Arena"da baş tutacaq.

 

"Çelsi"nin  mətbuat konfransında iştirak etmək istəyən media mənsubları üçün "Azərsun Arena"dan Bakı Olimpiya Stadionuna xüsusi avtobus ayrılacaq. 

 

0